Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı müğənni "Google Rusiya"nın baş reklam qəhrəmanı olub - VİDEO

© Photo : © Instagram / jony.meАзербайджанский певец Джони (Джахид Гусейнли), фото из архива
Азербайджанский певец Джони (Джахид Гусейнли), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın bir nömrəli internet axtarış sistemi Rusiyada məşhur olan azərbaycanlı müğənninin iştirakı ilə yeni reklam çarxını yayımlayıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) "Google Rusiya"nın ""Google"a necə yaxın olmaq olar" reklam kampaniyasının baş qəhrəmanı olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə çarx şirkətin "Youtube"dakı rəsmi səhifəsində yerləşdirilib. Reklam çarxı "Google"da məşhurlar haqqında informasiyaları tapmağın nə qədər asan olduğunu nümayiş etdirmək məqsədilə çəkilib. Buna nümunə olaraq Coni haqqında məlumatların tapılması göstərilib.

Coni dörd yaşı olanda valideynləri ilə birlikdə Azərbaycandan Moskvaya köçüb. Uşaqlıqdan məşhur olmaq onun ən böyük arzusu olub və nəhayət, bu arzunu reallaşdıra bilib. Coninin məşhurlaşmasında əsas rolu sosial şəbəkələr oynayıb. O, Bakıda ilk dəfə "Jara-2019" beynəlxalq musiqi festivalında çıxış edib.

Coni digər azərbaycanlı müğənni Elman Zeynalovun yaratdığı "Raava Music" leyblına daxildir. Müğənni 2019-cu ildə "VKontakte"nin versiyasına görə, "İlin sıçrayışı" adlandırılıb, onun "Alleya" (Xiyaban) sinqlı isə beşqat platin statusu alıb.

Xəbər lenti
0