14:38 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
RUSİYA
Qısa URL
25 0 0

Rusiya-NATO formatındakı əvvəlki görüş 2019-cu il noyabrın 26-da Bakıda keçirilmişdi. O zaman Valeri Gerasimov NATO Hərbi Komitəsinin başçısı, baş aviasiya marşalı Stüart Piçlə müzakirələr aparmışdı

BAKI, 2 fevral — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Komandanı, general Tod Uoltersin Bakıdakı görüşü, güman ki, fevralın 6-7-də keçiriləcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti-yə diplomatik mənbədən məlumat verilib.

"Gələn həftə, təxminən fevralın 6-7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovla NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Komandanı, amerikalı general Tod Uoltersin danışıqlara başlayacaqları gözlənilir. Gündəlikdəki məsələlər barədə ancaq tərəflər məlumatlıdır. Bakı ənənəvi görüş yeridir", - mənbə  agentliyə bildirib.

Rusiya-NATO formatındakı əvvəlki görüş 2019-cu il noyabrın 26-da Bakıda keçirilmişdi. RF Müdafiə Nazirliyinin məlumatına görə, V.Gerasimovla NATO Hərbi Komitəsinin başçısı, baş aviasiya marşalı Stüart Piç Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması tədbirlərini və hərbi ekspertlərin dialoqunun bərpası perspektivlərini müzakirə etmişdilər.

Əlaqədar

NATO genişmiqyaslı hərbi münaqişəyə hazırlaşır – XƏBƏRDARLIQ
NATO-da iğtişaş: Alyans öz birliyini qoruyub saxlaya biləcəkmi?
"Ziddiyyətlər xirtdəyə qədərdir" – politoloq NATO-dakı "çatlar" barədə danışıb
NATO yeni ilə Rusiyaya hücumu məşq etməklə başlayacaq

Əsas mövzular