Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Medvedev hökumətinin istefası səbəblərini açıqladı

© AP Photo / Ivan SekretarevПресс-секретарь президента РФ Дмитрий Песков
Пресс-секретарь президента РФ Дмитрий Песков - Sputnik Azərbaycan
Abunə olmaq
Peskovun sözlərinə görə, Medvedev hökuməti son dərəcə vacib tapşırıq olan milli inkişaf məqsədlərinə çatmaq üçün prezidentə “kartblanş” vermək məqsədilə istefaya gedib

BAKI, 26 yanvar — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Dmitri Medvedevin başçılıq etdiyi hökumətin istefa səbəblərini açıqlayıb.

Президент РФ Владимир Путин на совещании по вопросам ресурсного обеспечения технического переоснащения Вооруженных сил, 23 ноября 2017 года - Sputnik Azərbaycan
RUSİYA
Putin təyin etdi - Rusiya hökumətində ciddi dəyişikliklər var

Sputnik Azərbaycan xəbər verir ki, Peskov “Rossiya 24” telekanalının efirindəki “Moskva. Kreml. Putin” proqramında qərarın Prezidentin Federaı Məclisə ünvanlandığı çıxışında səsləndirdiyi yeni tapşırıqlar və qiymətləndirmələr fonunda qəbul edildiyini vurğulayıb. Peskovun sözlərinə görə, Medvedev hökuməti son dərəcə vacib tapşırıq olan milli inkişaf məqsədlərinə çatmaq üçün prezidentə “kartblanş” vermək məqsədilə istefaya gedib: “Bu məqsədə çatmaq üçün maksimal effektivliyə malik, işdə maksimal dinamikası və və çevikliyi olan hökumət lazımdır”.

Vladimir Putin yanvarın 16-da Mixail Mişustini Baş Nazir postuna təyin edib. Buna qədər onun namizədliyini Dövlət Dumasının deputatları dəstəkləyiblər. Tarixdə ilk dəfə hökumətin əleyhinə heç bir deputat səs verməyib. Dmitri Medvedev hökuməti isə Prezidentin Rusiya Konstitusiyasına dəyişikliklər ediləcəyi ilə bağlı açılamasından sonra istefaya gedib.

Xəbər lenti
0