22:54 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
26 0 0

Populyar müğənni öz Instagram səhifəsində valideynləri ilə birgə şəklini paylaşaraq, "mənim üçün ev ailəmin olduğu yerdir", - yazıb.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Ternovoy adı ilə məşhur olan rusiyalı hip-hopçu Oleq Ternovoy öz pərəstişkarlarını Azərbaycan əsilli anası ilə tanış edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni Instagram səhifəsində ailə fotosunu paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от TERNOVOY | BLACK STAR (@ternovoy_oleg)

"Bu məzuniyyəti Daşkənddə valideynlərimlə keçirdim. Keçmişi, qayğısız günləri xatırladım. Tam dincəldim, dadlı ev və milli mətbəx yeməkləri yedim. Bu məzuniyyət mənim üçün zəruri idi, çünki ötən il ağır keçmişdi. Və bu, yaxşıdır. Bu barədə başqa vaxt və başqa yerdə. Nəhayət yekun fikir - "mənim üçün ev ailəmin olduğu yerdir", - Ternovoy anası Leyla və atası Nikolay Ternovoyla birgə çəkdirdikləri şəkli paylaşaraq yazıb.

Müğənni dəfələrlə öz müsahibələrində anasının azərbaycanlı olduğunu qeyd edib. O, ilk dəfə anasının vətənini 2019-cu ilin yayında "Jara" beynəlxalq musiqi festivalı zamanı ziyarət edib.

Oleq Ternovoy - TNT kanalındakı "Mahnılar" televiziya şousunun qalibi, Black Star (Qara Ulduz) leyblinin artistidir. Xüsusilə 2018-ci il onun üçün zəfər ili olub. Çünki həmin ildə TNT-də mahnı şousunu qazanmaqla yanaşı, Rusiya, MDB və Avropanın 100-dən çox şəhərində "Mahnılar" turunun əsas solisti olub.

Əsas mövzular