Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Kimyəvi hücum" qalmaqalı: problemlər öz-özünə həll olunmayacaq

© AFP 2023 / JOHN THYSСотрудники ОЗХО в штаб-квартире организации в Гааге, Нидерланды
Сотрудники ОЗХО в штаб-квартире организации в Гааге, Нидерланды - Sputnik Azərbaycan
Abunə olmaq
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada baş vermiş insidentlə bağlı dərc etdiyi hesabat Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında müzakirə olunub. Ekspert İrina Alksnis KSQT ətrafındakı qalmaqalı şərh edib

BAKI, 22 yanvar — Sputnik, İrina Alksnis. Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının çağırılmış qeyri-rəsmi iclası dolayı yolla "təsdiqlədi" ki, Qərbin Rusiyaya qarşı ittihamlarının heç də hamısı böhtan və əsassız iftiralar deyil.

Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirs problemi birbaşa ifadə edərək Moskvanı Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) və onun işçilərini "ləkələməyə" çalışmaqda ittiham edib.

Suriyalılar hava zərbəsindən sonra İdlibin küçələrində gəzirlər - Sputnik Azərbaycan
Suriyanın şimalı yenə od içində: bu kimə sərf edir?

Rusiya həqiqətən də KSQT-ni, daha dəqiq desək, onun 2018-ci il aprelin 7-də Suriyanın Duma şəhərində baş vermiş "kimyəvi hücum"la bağlı apardığı istintaqın rəsmi hesabatını "nüfuzdan salmaq" istəyir. Bu isə təbii olaraq təşkilatın nüfuzunu sarsıdacaq.

İclas zamanı Moskva ötən il martın 1-də dərc olunmuş sənədin (Rusiyanın KSQT yanında daimi nümayəndəsi Aleksandr Şulginin sözləri ilə) "çox dumanlı" olduğuna dair yeni sübutları təqdim edib, eləcə də köhnə sübutlar barədə xatırladıb.

KSQT-nin hesabatında çox sayda uyğunsuzluqlar, ziddiyyətlər və saxtakarlıqlar var. Bütün bunların fonunda Qərb ölkələrinin Suriya hakimiyyətini və şəxsən Bəşər Əsədi kimyəvi silahdan istifadədə günahlandırmaq istəyi açıq-aydın görünür.

Lakin mövcud vəziyyətin təkcə konkret sənəd problemi deyil, həm də daha genişmiqyaslı – həqiqi mənada qlobal aspekti var. KSQT ətrafındakı mövcud qarşıdurma Rusiya ilə Qərb arasında qlobal siyasi sistem və onun sonrakı inkişafı ilə bağlı ziddiyyətlərin mahiyyətini əks etdirir.

Britaniyanın daimi nümayəndəsinin narazılığı sadə və başa düşülən məntiqə əsaslanır: "KSQT dünyanın təhlükəsizliyini qoruyan ən vacib qurumlardan biridir. Rusiyanın bu təşkilata hücumu onun nüfuzunu sarsıdır – və buna görə bütövlükdə planetdə sabitliyə zərbə vurur. Rusiya, bax bu cür xatakardır".

Yeganə problem odur ki, bu məntiqin əsaslı bir qüsuru var.

KSQT 1997-ci ildə – ABŞ və bütövlükdə Qərbin hegemonluğunun qızğın vaxtında yaradılıb. Bu müəyyən fəsadlara səbəb olub. Belə ki, Qərb ölkələri bütövlükdə təşkilata və onun əsas strukturu olan Texniki Katibliyə nəzarəti əllərinə keçiriblər. Nəticədə, zaman-zaman KSQT-nin öz funksiyalarını nə dərəcədə qərəzsiz yerinə yetirdiyinə və lazım gələndə onu idarə edən ölkələrin maraqlarına xidmət etdiyinə dair şübhələr yaradan vəziyyətlər olur.

"Kimyəvi hücum" barədə hesabat ətrafındakı vəziyyəti şərh edən Aleksandr Şulgin qeyd edib: "ABŞ və onun ardıcıllarının qeyd-şərtsiz dəstəyindən ilhamlanan Texniki Katiblik heç bir şey etmək niyyətində deyil. Görünür, hər şeyin öz-özünə həll olunacağına ümid edir". Sonra isə əlavə edib: "Xeyr, həll olunmayacaq".

Сирийцы идут сквозь разрушения в городе Дума - Sputnik Azərbaycan
RUSİYA
Rusiya sübut gətirdi: Suriyadakı kimyəvi hücum saxtalaşdırılıb

Məhz buna görə Rusiya KSQT-nin və xüsusən də onun Texniki Katibliyinin yenidən qurulmasını tələb edir ki, "missiyada yalnız Vaşinqtonun müttəfiqi olan ölkələrdən mütəxəssislərin dominantlığının qarşısını almaqla, onun tərkibinin coğrafi cəhətdən balanslaşdırılmasına nail olsun".

Lakin Şulginin fikrincə, "sağlam düşüncənin diktə etdiyi məntiqi mülahizələr ABŞ-ın rəhbərlik etdiyi bir qrup Qərb ölkəsi tərəfindən kəskin şəkildə rədd edilir".

Bu iki prinsipial olaraq fərqli yanaşma arasındakı ziddiyyət hazırda beynəlxalq təşkilatların, demək olar ki, bütün sistemini əhatə edir.

Rusiya müharibədən sonrakı dünyanın qurulduğu prinsiplərə istinad edir – birinci prinsip digər ölkələrin öz maraqlarının olmasının normal vəziyyət kimi qəbul edilməsi, ikincisi isə, müxtəlif tərəflərdə olan qüvvələrin, o cümlədən aralarında münaqişə olan qüvvələrin balanslı şəkildə təmsil olunması sayəsində bütün tərəflərin etibar etdiyi ekspert və arbitraj təşkilatlarının sisteminin mövcudluğudur.

Qərb isə artıq əldən çıxan liderliyini qoruyub saxlamağa çalışır və bəzi hallarda bu açıq şəkildə ədəbsiz hal alır. Hələ də yuxarıda adını çəkdiyimiz prinsiplərə əsaslanan "köhnə" strukturlara maliyyə təzyiqi göstərilir. Qərb qüvvələrinin rəsmi olaraq dominantlıq etdiyi KSQT (və ya 1999-cu ildə yaradılmış "WADA") kimi nisbətən yeni qurumlarda isə vəziyyəti daha ədalətli məcraya yönəltmək cəhdlərinin qarşısı alınır.

Burada kimin fəaliyyətinin daha dağıdıcı olduğunu müzakirə etmək olar: mövcud institutlar çərçivəsində sistemdə islahata nail olmağa çalışan Rusiya və ya nəyin bahasına olursa-olsun öz imtiyazlarını əlində saxlamağa çalışan ABŞ və onun müttəfiqləri (baxmayaraq ki, reallıq onların qeyd-şərtsiz hakimiyyəti dövrünün arxada qaldığını açıq şəkildə göstərir).

KSQT-nin siyasəti isə əslində Qərbin dünyada baş verən proseslərə münasibətini əks etdirir: hər kəs ümid edir ki, problemlər birtəhər öz-özünə həll olunacaq.

Burada yalnız Rusiyanın KSQT-dəki daimi nümayəndəsinin sözlərini təkrarlaya bilərik: xeyr, həll olunmayacaq.

Xəbər lenti
0