23:08 18 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
7701

Maksim Oreşkin, Vladimir Medinski, Maksim Topilin, Pavel Kolobkov, Aleksandr Konovalov, Veronika Skvortsova, Konstantin Nosikov, Mixail Kotyukov və Olqa Vasilyeva yeni Nazirlər Kabinetində nazir postundan məhrum olublar

BAKI, 21 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin yeni Nazirlər Kabinetinin tərkibi ilə bağlı sərəncam imzalayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, yeni Baş Nazir Mixail Mişustinin doqquz müavini olacaq:

- Andrey Belousov – Baş Nazirin birinci müavini

- Dmitri Qriqorenko - Baş Nazirin müavini – hökumət aparatının rəhbəri

- Yuri Trutnev - Baş Nazirin müavini – Uzaq Şərq Federal Dairəsində daimi nümayəndə

- Viktoriya Abramçenko – Baş Nazirin müavini

- Tatyana Qolikova – Baş Nazirin müavini

- Yuri Borisov – Baş Nazirin müavini

- Dmitri Çernışenko – Baş Nazirin müavini

- Aleksey Overçuk – Baş Nazirin müavini

- Marat Xusnullin – Baş Nazirin müavini

Nazirlər:

- Sergey Şoyqu – Müdafiə naziri

- Sergey Lavrov – Xarici İşlər naziri

- Vladimir Kolokoltsev – Daxili İşlər naziri

- Olqa Lyubimova – Mədəniyyət naziri

- Yevgeni Ditrix – Nəqliyyat naziri

- Denis Manturov – Sənaye və Ticarət naziri

- Maksud Şadayev – Rəqəmsal inkişaf, Rabitə və Kütləvi kommunikasiya naziri

- Dmitri Kobılkin – Təbii Sərvətlər və Ekologiya naziri

- Mixail Muraşko – Səhiyyə naziri

- Dmitri Patruşev – Kənd Təsərrüfatı naziri

- Vladimir Yakuşev – Tikinti və MKT naziri

- Serqey Kravtsov – Maarif naziri

- Valeri Falkov – Elm və Ali Təhsil naziri

- Aleksandr Kozlov – Uzaq Şərq və Arktikanın İnkişafı naziri

- Oleq Matısin – İdman naziri

- Anton Kotyakov – Əmək və Sosial Müdafiə naziri

- Anton Siluanov – Maliyyə naziri

- Maksim Reşetnikov – İqtisadi İnkişaf naziri

- Yevgeni Ziniçev – Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri üzrə nazir

- Konstantin Çuyçenko – Ədliyyə naziri

- Aleksandr Novak – Energetika naziri.

Prezidentin “Federal İcra hakimiyyəti orqanlarının strukturu barədə” fərmanına uyğun olaraq, Şimali Qafqaz işləri üzrə Nazirlik buraxılıb və onun funksiyaları İqtisadi İnkişaf Nazirliyinə verilib.

Vladimir Putin yeni hökumətin üzvləri ilə görüşdə qeyd edib ki, kabinetin qarşısında duran əsas vəzifə vətəndaşların rifahının yüksəldilməsi, dövlətçiliyin və Rusiyanın dünyadakı mövqeyinin möhkəmləndirilməsidir.

Yeni Nazirlər Kabinetində Baş Nazirin müavini postunu Siluanov, Çuyçenko, Maksim Akimov, Olqa Qolodets, Aleksey Qordeyev, Dmitri Kozak, Vitali Mutko, tərk ediblər. Siluanov və Çuyçenko yeni hökumətdə qalıblar.

Maksim Oreşkin, Vladimir Medinski, Maksim Topilin, Pavel Kolobkov, Aleksandr Konovalov, Veronika Skvortsova, Konstantin Nosikov, Mixail Kotyukov və Olqa Vasilyeva yeni Nazirlər Kabinetində nazir postundan məhrum olublar.

Əsas mövzular