04:24 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
7820

Bu gün Dumanın təsdiqi və Putinin imzası ilə Rusiyanın yeni Baş Naziri Mixail Mişustin təyin olunub. Dmitri Medvedev isə Putinin əmrilə yeni yaradılan Təhlükəsizlik Şurası sədrinin köməkçisi vəzifəsinə təyin olunub

BAKI, 16 yanvar — Sputnik. Dmitri Medvedev Rusiya Baş Naziri vəzifəsindən istefa verməmişdən az əvvəl "Lider" atom buzqıran gəmisinin tikilməsi üçün büdcədən 127 milyard rubl ayrılması barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə hüquq məlumatları üzrə rəsmi internet portalda qeyd olunub.

Sifarişi yerinə yetirmək "Zvezda" zavoduna həvalə olunub. Dünyanın ən güclü buzqıranı olacaq gəminin 2027-ci ildə təhvil verilməsi planlaşdırılır. O, Şimal dəniz yolunda il boyu naviqasiyanı təmin edəcək.

Dmitri Medvedev Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətindən sonra hökumətin istefaya getdiyini bildirib.

Bu gün Dumanın təsdiqi və Putinin imzası ilə Rusiyanın yeni Baş Naziri Mixail Mişustin təyin olunub. Dmitri Medvedev isə Putinin əmrilə yeni yaradılan Təhlükəsizlik Şurası sədrinin köməkçisi vəzifəsinə təyin olunub.

Əlaqədar

Rusiya hökuməti istefaya gedir
Rusiya böyük dəyişikliklərin astanasında – Nazirlərin çoxu dəyişdirilir
"Format dəyişikliyi". Politoloq Rusiya hökumətinin istefasını şərh edib
Putin Baş Naziri təsdiqlədi - DOSYE
Duma Baş Nazirlə bağlı qərarını verdi

Əsas mövzular