Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Baş Naziri təsdiqlədi - DOSYE

© Sputnik / Dmitry Astakhov / Mediabanka keçidПрезидент РФ Владимир Путин, фото из архива
Президент РФ Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəlki Baş Nazir Dmitri Medvedev isə Putinin əmrilə yeni yaradılan Təhlükəsizlik Şurası sədrinin köməkçisi vəzifəsinə təyin olunub

BAKI, 16 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təsdiqlənməsi barədə Sərəncam imzalayıb.

Кандидат на пост премьер-министра РФ Михаил Мишустин выступает на пленарном заседании Государственной Думы РФ - Sputnik Azərbaycan
RUSİYA
Rusiya böyük dəyişikliklərin astanasında – Nazirlərin çoxu dəyişdirilir

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, əvvəlki Baş Nazir Dmitri Medvedev isə Putinin əmrilə yeni yaradılan Təhlükəsizlik Şurası sədrinin köməkçisi vəzifəsinə təyin olunub.

Bu barədə sərəncam Kremlin saytında dərc olunub.

Bu gün Rusiya Dövlət Duması ölkə prezidentinə Mixail Mişustinin Rusiya Baş Naziri təyin olunmasına razılıq verib. Mişustinin namizədliyinin lehinə 383 deputat (85,1%) səs verib, onun əleyhinə isə heç bir deputat səs verməyib. 41 deputat isə səsvermədə bitərəf qalıb. Ümumilikdə Dövlət Dumasında keçirilən səsvermədə 424 (94,2%) deputat iştirak edib.

Mixail Mişustin martın 3-ü 1966-cı ildə Moskvada anadan olub. 1989-cu ildə Moskva Alət-Dəzgah İnstitutunda (indiki Moskva Dövlət Texnologiya İnstitutu) Avtomatlaşdırılmış layihələndirmə sistemləri ixtisası üzrə təhsil alıb.
1989-1992-ci illərdə Moskva Alət-Dəzgah İnstitutunda aspirant olub.

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidRusiyanın yeni Baş Naziri Mixail Mişustin
Putin Baş Naziri təsdiqlədi - DOSYE - Sputnik Azərbaycan
Rusiyanın yeni Baş Naziri Mixail Mişustin

1992-1995-ci illərdə Beynəlxalq Kompüter klubunun test laboratoriyasının direktoru, 1995-1996-cı illərdə Beynəlxalq Kompüter klubunun icraçı direktorunun müavini, Beynəlxalq kompüter klubunun idarə heyətinin sədri olub.
1998-ci ildə Rusiya Dövlət Vergi Xidmətinin rəhbərinin müavini təyin olunub. 1999-cu ilin martından 2004-cü ilin martına qədər Rusiya Federasiyasının Vergilər nazirinin müavini olub.
2004-cü ilin martından 2006-cı ilin dekabrına qədər Daşınmaz Əmlakın Kadastrı üzrə Federal agentliyə rəhbərlik edib.
2007-ci ilin yanvarından 2008-ci ilin martına qədər Xüsusi İqtisadi Zonaların İdarəolunması üzrə Federal Agentliyin rəhbəri olub.
2008-ci ildə Mişustin “UFG” şirkətlər qrupunun prezidenti olub. Bu şirkət Deutsche Bank-la birgə Rusiyada aktivlərin idarə olunması, birbaşa investisiya və qarşılıqlı investisiya fondlarının idarə olunması üzrə ən böyük şirkətlərdən biridir.
6 aprel 2010-cu ildə Mişustin Federal Vergi Xidmətinin rəhbəri təyin olunub.

Xəbər lenti
0