09:05 21 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
637 0 0

Xatırladaq ki, ötən gün Baş Nazir Dmitri Medvedev Prezident Putinlə görüşdə hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb

BAKI, 16 yanvar — Sputnik. Rusiya Dövlət Duması ölkə prezidentinə Mixail Mişustinin Rusiya Baş Naziri təyin olunmasına razılıq verib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Mişustinin namizədliyinin lehinə 383 deputat (85,1%) səs verib, onun əleyhinə isə heç bir deputat səs verməyib. 41 deputat isə səsvermədə bitərəf qalıb. Ümumilikdə Dövlət Dumasında keçirilən səsvermədə 424 (94,2%) deputat iştirak edib.

Xatırladaq ki, ötən gün Baş Nazir Dmitri Medvedev Prezident Putinlə görüşdə hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb. Bu, Putinin Federal Məclisə müraciətindən sonra baş verib. Prezident həmin müraciətdə Konstitusiyaya bir sıra fundamental dəyişikliklər etməyi təklif edib.

Daha sonra Kremlin mətbuat xidməti məlumat yayıb ki, Rusiya Prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini Baş Nazir postuna irəli sürüb.

"Prezident Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və ona hökumət başçısı postunu tutmağı təklif edib. Onun razılığını alandan sonra Mişustinin namizədliyini nəzərdən keçirmək üçün Dövlət Dumasına müraciət edib", – deyə məlumatda bildirilir.

Əlaqədar

Putin prezidentlik müddətlərinin sayının məhdudlaşdırılması məsələsindən danışdı
Putin Baş nazir postuna namizədini göstərdi
Matviyenko: "Putin cəsarətlə səlahiyyətlərinin bir hissəsini parlamentlə bölüşdü"
Rusiya hökuməti istefaya gedir
Rusiya böyük dəyişikliklərin astanasında – Nazirlərin çoxu dəyişdirilir

Əsas mövzular