18:28 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
26010

Xatırladaq ki, ötən gün Baş Nazir Dmitri Medvedev Prezident Putinlə görüşdə hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.

BAKI, 16 yanvar — Sputnik. Rusiyada Baş Nazir postuna namizəd Mixail Mişustin Rusiya Federasiyasının Kommunist Partiyasının (KPRF) fraksiyasında görüş zamanı həm hökumətin heyətində, həm də strukturunda ciddi dəyişikliklərin olacağına söz verib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Aleksey Kornienko bildirib.

"O dedi ki, ciddi, kardinal dəyişikliklər olacaq, lakin hələlik heç bir soyad açıqlamayıb . O bildirdi ki, hökumətin strukturu dəyişdiriləcək, nazirlər kardinal şəkildə dəyişdiriləcək, lakin o hələlik soyad çəkməyib", - deyə deputat vurğulayıb.

Xatırladaq ki, ötən gün Baş Nazir Dmitri Medvedev Prezident Putinlə görüşdə hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb. Bu, Putinin Federal Məclisə müraciətindən sonra baş verib. Prezident həmin müraciətdə Konstitusiyaya bir sıra fundamental dəyişikliklər etməyi təklif edib.

Daha sonra Kremlin mətbuat xidməti məlumat yayıb ki, Rusiya Prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini Baş Nazir postuna irəli sürüb.

"Prezident Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və ona hökumət başçısı postunu tutmağı təklif edib. Onun razılığını alandan sonra Mişustinin namizədliyini nəzərdən keçirmək üçün Dövlət Dumasına müraciət edib", – deyə məlumatda bildirilir.

Əsas mövzular