20:16 19 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
3310

"Suriya vurğulayıb ki, bütün İdlibi tamamilə azad etməkdə israrlıdır və bu, terorçuların "canlı qalxan" kimi istifadə etdikləri bütün suriyalıların təhlükəsizliyinə təminat verəcək"

BAKI, 13 yanvar — Sputnik. Suriyadakı vəziyyətə dair Moskvada Rusiya, Suriya və Türkiyə nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə ərəb ölkəsi Soçi razılaşmasının yerinə yetirilməsini tələb edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Suriyanın "Ikhbariya" telekanalı məlumat yayıb.

"Moskvadakı üçtərəfli Suriya-Rusiya-Türkiyə görüşündə Suriya tərəfi ölkənin müstəqilliyinə və suverenliyinə, ərazi bütövlüyünə tam hörmət edilməsini və qoşunların öz ərazisindən dərhal çıxarılmasını tələb edib", - telekanalın məlumatında deyilir. 

Məlumata görə, Suriya tərəfi Ankaranın İdlib əyalətinin terrorçulardan və döyüşçülərdən təmizlənməsini və Hələb-Latakiya və Hələb-Həma yollarının açılmasını ehtiva edən "Soçi razılaşmalarına əməl etməsinin vacibliyini qeyd edib".

"Suriya vurğulayıb ki, bütün İdlibi tamamilə azad etməkdə israrlıdır və bu, terorçuların "canlı qalxan" kimi istifadə etdikləri bütün suriyalıların təhlükəsizliyinə təminat verəcək", -  telekanal bildirib.

Ölkələrin görüşdə təmsilolunma səviyyəsi dəqiqləşdirilməyib.

Suriyanın İdlib əyalətində növbəti atəşkəs rejimi yanvarın 12-də gecəyarı qüvvəyə minib.

Əlaqədar

Suriyada türk hərbçilərə qarşı terror – Ölənlər var
Putin: “Müharibə bütün dünya üçün fəlakət olardı”
Putindən təklif: "Trampı Suriyaya dəvət edin"
İŞİD Süleymaninin öldürülməsini alqışladı: "İlahi müdaxilə" idi
Bölgənin başının üzərini qara buludlar alır: "Kabus" geri qayıdır

Əsas mövzular