Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ordusu başqa ölkələrin hərbçiləri ilə qüvvələrini birləşdirəcək

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidВоеннослужащий РФ, фото из архива
Военнослужащий РФ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təlimlər zamanı birgə sülhməramlı əməliyyatların planlaşdırılması, qərargahlar arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi, həmçinin şərti qanunsuz birləşmələrin neytrallaşdırılması həyata keçiriləcək.

BAKI, 7 yanvar — Sputnik. Rusiya Quru Qoşunları 2020-ci ildə xarici ölkədən olan hərbçilərlə 11 birgə təlim keçirəcək. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, rusiyalı hərbçilər Belarus, Qırğızıstan, Pakistan, Çin, Nikaraqua, Əlcəzair, Laos, Monqolustan, Latviya, Şri-Lanka və Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərindən olan həmkarları ilə birgə təlimlərdə iştirak edəcək.

Məlumatda bildirilir ki, təlimlər zamanı birgə sülhməramlı əməliyyatların planlaşdırılması, qərargahlar arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi, həmçinin şərti qanunsuz birləşmələrin neytrallaşdırılması həyata keçiriləcək.

Xəbər lenti
0