Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rus kişilərinin seksdən zövq almama səbəbləri müəyyən edilib

CC0 / JUrban / Young coupleМолодая пара, фото из архива
Молодая пара, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin alimləri kişilərin cinsi əlaqədən zövq ala bilməməsinin səbəblərini araşdırıblar.

BAKI, 4 yanvar — Sputnik. Rusiyanın Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin alimləri rus kişiləri arasında insanın cinsi əlaqədən zövq almayaraq boşalması – orqazm angedoniyası istiqamətində bir araşdırma aparıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mərkəzin əməkdaşları bu problemi yaşayan 23-47 yaşlı 50 kişini müayinə edib. Müəyyən olunub ki, kişilərin 20%-i depresiyaya görə seks zamanı orqazmdan zövq ala bilmirlər. Kişilərin 26 faizi nevrastaniyaya, 18 faizi isə dissiotiv pozuntuya görə seks əsnasında orqazmdan zövq ala bilmir.

Kişilərin üçdə bir hissəsindən çoxunda isə şizotip pozğunluq müşahidə edilir.

Həkimlər bu pozuntuların fərqli simptomlarla - qıcıqlanma, diqqətsizlik, artan ehtimal, eqosentrizm, həssaslıq, narahatlıq və əhval-ruhiyyənin ümumi azalması və s. xarakterizə olunduğunu qeyd edib.

Həkimlərin fikrincə, orqazmdan zövq alma itkisi yalnız zehni vəziyyətə bağlıdır və fizioloji səbəbləri yoxdur. Həkimlər xəstələrə müxtəlif dərmanlar və psixoterapiya növlərini seçməklə, iş və istirahətin normallaşmasına kömək edib. Müalicə 70 faiz uğurlu olub.

Xəbər lenti
0