Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov ABŞ-a tənə etdi: Beynəlxalq hüququ pozmusunuz

© AFP 2023 / Yuri KADOBNOVSergey Lavrov
Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
"Moskva təkidlə Vaşinqtonu beynəlxalq arenadakı məqsədlərinə çatmaq üçün qanunsuz güc metodlarından əl çəkməyə və istənilən problemi danışıqlar masası arxasında həll etməyə çağırır"

BAKI, 3 yanvar — Sputnik. ABŞ-ın Dövlət katibi Mayk Pompeo Rusiya Xarici işlər naziri Sergey Lavrovla telefonla danışaraq İraqda SEPAH generalı Qasım Süleymaninin məhv edilməsini müzakirə edib.

Президент США Дональд Трамп во время предвыборной кампании в Баттл-Крике, штат Мичиган, США - Sputnik Azərbaycan
Tramp: "İranlılar heç azacıq da olsa, kədərlənmirlər"

"Dövlət katibi Pompeo Prezident Trampın xaricdəki amerikan heyətinin qorunması üçün müdafiə tədbirlərinin görülməsi və bunun üçün onların həyatına birbaşa təhdid olan Qasım Süleymaninin məhv edilməsi haqda qərarını müzakirə edib. Dövlət katibi aydın şəkildə bildirib ki, ABŞ əvvəlkitək münaqişənin yatırılmasının tərəfdarıdır", - Dövlət Departamentinin yaydığı məlumatda deyiıir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Sergey Lavrov amerikalı həmkarına suveren dövlətin rəsmi şəxslərinin məhvinə yönələn aksiyaların beynəlxalq hüququ pozduğunu xatırladıb. Moskva Vaşinqtonu beynəlxalq problemlərin həllində güc metodlarından əl çəkməyə çağırıb.

"Lavrov qeyd edib ki, BMT-nin üzvü olan bir dövlətin BMT-nin üzvü olan başqa bir dövlətin rəsmi şəxsinə, üstəlik başqa bir suveren ölkənin ərazisində və onun xəbəri olmadan məqsədyönlü şəkildə aksiya həyata keçirməsi beynəlxalq hüquq normalarınının kobud surətdə pozulması deməkdir və pislənməyə layiqdir", - Rusiya XİN-dən bildirilib. 

"Rusiyalı nazir nəzərə çatdırıb ki, ABŞ-ın bu addımı regionda sülhə və sabitliyə mənfi təsir göstərən nəticələrə gətirib çıxaracaq. Bu, Yaxın Şərqdə yığılıb qalan problemlərin həllinə deyil, gərginliyin yeni dalğasının yaranmasına yönəlib. Moskva təkidlə Vaşinqtonu beynəlxalq arenadakı məqsədlərinə çatmaq üçün qanunsuz güc metodlarından əl çəkməyə və istənilən problemi danışıqlar masası arxasında həll etməyə çağırır", - diplomatik qurumdan verilən məlumatda deyilir.

Xəbər lenti
0