Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiya kartı" hər şeyi bloklayır - Mariya Zaxarova

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidБрифинг официального представителя МИД России М. Захаровой
Брифинг официального представителя МИД России М. Захаровой - Sputnik Azərbaycan
Abunə olmaq
"Amerikalılar praqmatikdirlər və çox gözəl bilirlər ki, münasibətlərin inkişafı ilə nələr əldə edə bilərlər" - Mariya Zaxarova

BAKI, 31 dekabr — Sputnik. ABŞ-da bir sıra siyasətçinin seçki proseslərində "Rusiya kartı"ndan istifadə etməsi Vaşinqtonla Moskva arasında ikitərəfli münasibətlərin normal inkişafı üçün bir çox imkanları bloka salır.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə müsahibəsində deyib. 

Rusiya XİN başçısı Sergey Lavrov dekabrın 10-da ABŞ-a səfər edərək Dövlət katibi Mayk Pompeo, Prezident Donald Trampla görüşüb. Tərəflər Suriya, Ukrayna, Liviya, Əfqanıstan və Venesuela məsələlərini müzakirə ediblər. Həmçinin strateji sabitlik, SHS-3 və Şimali Koreya mövzusu da müzakirə olunub.

"Hissləri şərh etmək mənim səlahiyyətimə daxil deyil. Amma prinsipcə Amerika tərəfinin yanaşmasından danışsaq,  o zaman dəqiq bəllidir ki, onlar iqtisadi, siyasi və digər sahələrdə olan münasibətlərdən hansı bonus əldə etdiklərini gözəl anlayırlar. Ancaq eyni zamanda onu da bilirlər ki, hazırda söhbət əldən buraxılmış imkanlardan gedir", - Zaxarova Donald Tramp və ətrafının Rusiya ilə münasibətləri gerçəkdən yaxşılaşdırması təəssüratları haqda suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidentinin "ilk növbədə biznesmen olduğunu və hər şeyi rəqəmlər və iqtisadi göstəricilər müstəvisinə daşıdığını" nəzərdə saxlamaq lazımdır. Zaxarova əlavə edib ki, bu nöqteyi-nəzərdən Amerika tərəfi Rusiya ilə əlaqələri inkişaf etdirmədiyi səbəbindən böyük imkanlar itirdiyini anlayır.

Sergey Lavrov - Sputnik Azərbaycan
RUSİYA
Heç vaxt fikirləşməzdim ki, onlar bu cür qərar verə bilərlər - Lavrov

"Amerikalılar praqmatikdirlər və çox gözəl bilirlər ki, münasibətlərin inkişafı ilə nələr əldə edə bilərlər", - M.Zaxarova deyib.

Ancaq onun fikrincə, "başqa reallıq" da mövcuddur - bu, seçki prosesinin getdiyi ABŞ siyasi mühitidir.

"Bir sıra siyasi xadim öz siyasi kampaniyası çərçivəsində "Rusiya kartı"ndan istifadə edir. Bu cür yanaşma bir neçə il əvvəldən seçilib və indiyədək bir çox namizəd kampaniyalarında ondan aktiv şəkildə istifadə edir. Bu, bir çox normal ikitərəfli münasibətin inkişafının qarşısını alır. Bu gün üçün durum belədir", - Zaxarova izah edib.

S.Lavrov Birinci kanalda yayımlanan "Böyük Oyun" verilişində bildirmişdi ki, ABŞ-a səfəri çərçivəsində dövlət başçısı ilə görüşü Amerika-Rusiya münasibətlərində "prinsipial məqam"dır. Bu cür ənənə çox ölkə tərəfindən dəstəklənməsə də, Moskva ilə Vaşinqton ona riayət edirlər.

Xəbər lenti
0