Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Trampa zəng vurub təşəkkür etdi

© Sputnik / Mikhail KLIMENTYEVRəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefonla danışarkən
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefonla danışarkən - Sputnik Azərbaycan
Abunə olmaq
V.Putin bu gün həmçinin Almaniyanın Kansleri Angela Merkellə də telefonla danışıb. Onlar "Şimal axını-2" layihəsinin dəstəklənməsi barədə razılaşıblar

BAKI, 29 dekabr — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla telefonla danışıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, danışıq Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

V.Putin həmsöhbətinə Rusiyada terror aktlarının qarşısının alınması üçün xüsusi xidmətlərin ötürdüyü məlumata görə təşəkkürünü bildirib.

Bundan başqa, onlar qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə edib, terrorizmlə mübarizədə əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.

Kremldən verilən məlumata görə, V.Putin bu gün həmçinin Almaniyanın Kansleri Angela Merkellə də telefonla danışıb. Onlar "Şimal axını-2" layihəsinin dəstəklənməsi barədə razılaşıblar, Ukrayna ilə əsirlərin dəyişdirilməsi prosesini müsbət addım kimi dəyərləndirərək sonrakı münasibətləri də müzakirə ediblər.

Xəbər lenti
0