Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putinə sual vermək istəyənlərin sayı açıqlanıb

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidЕжегодная большая пресс-конференция президента РФ В. Путина
Ежегодная большая пресс-конференция президента РФ В. Путина - Sputnik Azərbaycan
Abunə olmaq
Bir qayda olaraq, Rusiya dövlət başçısı əsas iqtisadi və sosial göstəriciləri açıqlayır. Bundan sonra isə KİV nümayəndələri suallarını verirlər.

BAKI, 14 dekabr - Sputnik. Kreml Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında iştirak etmək üçün 1895 nəfəri akreditasiyadan keçirib. 

Rusiya Prezidentinin böyük mətbuat konfransı dekabrın 19-da Moskva vaxtı ilə saat 12-də başlayacaq. Tədbir bir sıra medi quruluşları tərəfdindən canlı yayımlanacaq.

Bu il 19-cu dəfə belə bir tədbir keçiriləcək. Bir qayda olaraq, Rusiya dövlət başçısı əsas iqtisadi və sosial göstəriciləri açıqlayır. Bundan sonra isə KİV nümayəndələri suallarını verirlər.

Ötən il böyük mətbuat konfransı dekabrın 20-də keçirilmişdi və təxminən 4 saat çəkmişdi.

2008-ci ildə keçirilmiş mətbuat konfransı müddətinə görə rekord vurub. 4 saat 40 dəqiqə ərzində Vladimir Putin 106 suala cavab verib.

Xəbər lenti
0