Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var

© Sputnik / Aleksandr Polyakov / Mediabanka keçidВертолет МИ-28НЭ
Вертолет МИ-28НЭ - Sputnik Azərbaycan
Abunə olmaq
Agentliyin müsahibi bildirib ki, vertolyotun düşdüyü məkan aşkar olunub. Hərbi maşın tamamilə dağılıb

BAKI, 12 dekabr — Sputnik. Rusiyanın Krasnodar diyarında "Mİ-28" hərbi vertolyotu qəzaya uğrayıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, vertolyotun iki nəfərdən ibarət heyəti həlak olub.

Agentliyin müsahibi bildirib ki, vertolyotun düşdüyü məkan aşkar olunub. Hərbi maşın tamamilə dağılıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "Mİ-28" plan üzrə sutkanın qaranlıq vaxtı təlim-məşq uçuşunu yerinə yetirərkən çətin hava şəraitində Korenovsk aerodromunun yanında qəzaya uğrayıb.

Uçuş zamanı vertolyotda döyüş mərmiləri olmayıb, yer üzərində dağıntılar yoxdur. 

Hadisə yerinə səbəblərin araşdırılması üçün komissiya göndərilib.

Xəbər lenti
0