Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada böyük terror aktının qarşısı belə alındı - VİDEO

© © Sergei Konkov/Interpress via APСОБР, фото из архива
СОБР, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib ki, bu ilin əvvəlindən Rusiyada terror xarakterli 50 cinayətin qarşısı alınıb, terror hücumlarına yol verilməyib

BAKI, 11 dekabr — Sputnik. Murmansk şəhərində Rusiyada ekstremist təşkilat hesab olunun Ukraynanın "Sağ sektor" tərəfdarı saxlanılıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, saxlanılan şəxs şəhər administrasiyasının binasında terror aktı törətməyi planlaşdırırmış.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) yaydığı məlumata görə, saxlanılan şəxs rusiyalıdır.

"Şəxsin saxlanılması üzrə əməliyyat ötən gün həyata keçirilib. Belə ki, şəxs gizli saxlanc yerindən böyük gücə malik partlayıcı qurğunu götürən zaman həbs olunub. Terror aktına hazırlıq ittihamı üzrə cinayət işi qaldırılıb", - deyə FTX-nin yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib ki, bu ilin əvvəlindən Rusiyada terror xarakterli 50 cinayətin qarşısı alınıb, terror hücumlarına yol verilməyib.

Onun sözlərinə görə, ilin əvvəlindən Rusiyada 32 silahlı terrorçu məhv edilib, 241 cinayətkar dəstə üzvü saxlanılıb, beynəlxalq terror təşkilatlarının 78 yuvasının fəaliyyətinə son qoyulub.

Xəbər lenti
0