Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvanın keçmiş meri vəfat edib

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidБывший мэр Москвы Юрий Лужков
Бывший мэр Москвы Юрий Лужков - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvanın sabiq meri Yuri Lujkov dekabrın 10-da 84 yaşında Almaniyada əməliyyat olunduğu xəstəxanada dünyasını dəyişib

 

BAKI, 10 dekabr — Sputnik. Moskvanın sabiq meri Yuri Lujkov dekabrın 10-da 84 yaşında vəfat edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, REN TV sabiq merin Münhendəki klinikalardan birində öldüyünü bildirib. Həmin tibb müəssisəsində Lujkovun ürəyində cərrahiyyə əməliyyatı aparıblar.

Yuri Lujkov 1992-2010-cu illərdə Rusiya paytaxtının meri vəzifəsini tutub. 2016-cı ilin sentyabrında ölkə prezidenti Vladimir Putin "Vətən qarşısında xidmətlərə görə" onu IV dərəcəli ordenlə təltif edib.

2017-ci ildə sabiq merin "Moskva və həyat" kitabı çapdan çıxıb. "Moskovskiy komsomolets" qəzeti onun kitabından hissələri dərc edib. Lujkov kitabında 2010-cu ilin yayında biznesmen Boris Xaitin onun yanına gələrək "Medvedevin şəhər merindən növbəti prezident seçkilərində dəstək gözlədiyini" bildirdiyini yazıb. Lujkov onun təklifini "qətiyyətlə rədd edib".

Yuri Mixayloviç Lujkov 21 sentyabr 1936-cı ildə Moskvada doğulub. 1958-ci ildə İ.M.Qubkin adına Moskva Neft-kimya və qaz sənayesi İnstitutunu "mühəndis-mexanik" ixtisası üzrə bitirib. 1974-cü ildən Kimya Sənayesi Nazirliyində işləyib.

1987-ci ildə Moskva şəhər İsraiyyə Komitəsinin sədr müavini, Moskva şəhər aqrosənaye Komitəsinin sədri olub.

1996-cı ilin iyununda, 1999-cu və 2003-cü ilin dekabrında Moskva meri seçilib.

O, Rusiyanın ən zəngin adamları siyahısında yer alıb. Merlik fəaliyyətini başa çatdırandan sonra varidatının əksəriyyətini həyat yoldaşı, biznesvuman Yelena Baturinanın adına keçirib və xarici ölkəyə çıxarıb. O, ömrünün son illərində həyat yoldaşı və iki qızının xaricdə yaşadığını bildirmişdi.

Xəbər lenti
0