13:50 20 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
15 0 0

Rusiya Arktika üzərində zenit qübbəsi yerləşdirəcək. Buna niyə ehtiyac var – hərbi ekspert Aleksey Podberyozkin Sputnik radiosunda açıqlayır

BAKI, 9 dekabr — Sputnik. Şimal donanmasının komandanı, vitse-admiral Aleksandr Moiseyev bəyan edib ki, Arktikanın Rusiya hissəsinin üzərində hava qübbəsi yaradacaq və bunun üçün Şimal Donanmasının bütün Arktika diviziyaları S-400 zenit raket sistemləri ilə təchiz ediləcək.

Bu barədə məlumatı RİA Novosti yayıb.

"Zenit raket və radiotexniki birliklərin texnika ilə təchizatı yeni avadanlıqlarla həyata keçirilir. Bu il Novaya Zemlyaya yerləşdirilən zenit raket alayının silahlanmasına S-400 zenit raket sistemi də daxil edilib. Yaxın illərdə bizim bütün Arktika bölgəsindəki diviziyalarımızın bu kimi komplekslərlə təchiz edilməsi planlaşdırılır", - deyə komandan bildirib.

Onun sözlərinə görə, bunun sayəsində Arktikadakı istər aviasiya olsun, istərsə də qanadlı və ya ballistik raketlər, hamısı düşmən tərəfindən edilən istənilən hava hücumundan qorunacaq.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin direktoru, tarix elmləri doktoru Aleksey Podberyozkin Sputnik Radiosuna bunun nə üçün vacib olduğunu izah edib.

"Hava hücumundan müdafiə (HHM) və raket hücumundan müdafiə (RHM) sisteminin qurulmasına dair uzunmüddətli plana uyğun olaraq, müxtəlif dərəcəli raketlərin aşkarlanması və məhv edilməsi üzrə radiolokasiya zonası yaradılır. Bu səylərin hazırda şimal sərhədinə yönəldilməsi olduqca başadüşüləndir. Əvvəla, bu, zərbə üçün ən təhlükəli istiqamətdir. İkincisi, "Arktika uğrunda döyüş" artıq faktiki olaraq başlamış olduğundan və Arktikada olmayan dövlətlərin də hamısı burada fəal surətdə iştirak etdiyindən, hər bir dövlət öz təsir sahəsini təyin etməyə çalışır.", - deyə Aleksey Podberyozkin bildirib.

O qeyd edib ki, Rusiyanın cavabdehlik zonası etibarlı şəkildə qorunmalıdır.

"Biz iddia edirik ki, Rusiya silahlı qüvvələrinin məsuliyyət zonası hesab olunan zona HHM-RHM sistemi baxımından etibarlı şəkildə örtülməlidir. Vahid radiolokasiya sahəsi inşa edildikdən sonra Şimal qütbü və Arktika bölgələri üzərindən edilən hücumdan müdafiə sistemi yaradılır", - Aleksey Podberyozkin deyib.

Türkiyə-NATO münasibətlərində yeni qalmaqal: Bu dəfə məsələ "S-400" deyil

Sentyabr ayında Novaya Zemlyadakı alayın ilk olaraq S-400 kompleksləri ilə təchiz edildiyi məlum oldu. Bu bölmə 2015-ci ildə döyüş vəzifəsini yerinə yetirib, lakin əvvəllər orada əvvəlki nəsil S-300 sistemləri xidmət edirdi.

S-400 zenit-raket sistemi, bir neçə yüz kilometr məsafədə bütün yüksək diapazonlarda uçan müasir və perspektivli aerokosmik hücum vasitələrini məhv etmək üçün hazırlanıb.

Əsas mövzular