08:44 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
RUSİYA
Qısa URL
7110

Fransa mətbuatı uzun müddətdir bu iki vunderkindin şiddətli mübarizəsindən danışır: 2010-cu ildə Makron Piqassı əyməyə çalışıb, amma Piqass qalib gəlib.

Viktor Maraxovski, RİA Novosti

Qərb mediası sensasiyanı aktiv şəkildə müzakirə edir: Fransada rus diversantlarının bazası tapılıb. NBC: "Kəşfiyyat rəsmiləri deyirlər ki, rus agentləri Fransa Alpında qatillərin yuvasından hücumlar hazırlayırdılar". The Telegraph: "Rus casusları Böyük Britaniya və digər ölkələrə hücum üçün Fransada Alpından baza düşərgəsi kimi istifadə ediblər". Və s.

Bütün başlıqlar Fransanın "Le Monde" qəzetindəki son məqaləni təkrarlayır.

Məqalənin mahiyyəti: anonim qəzet mənbələri Yuxarı Savoyda (Monblan, Ansi gölləri və kurortları olan dağlıq bölgə) Rusiya kəşfiyyatının bazasının olduğunu bildirir. Anonim məlumatlara görə, 2014-cü ildən 2018-ci ilə qədər olan müddətdə memə çevrilmiş Petrov və Boşirov da daxil olmaqla ən azı 15 QRU (Baş Kəşfiyyat İdarəsi) əməkdaşı var idi. Bu əməkdaşlar Savoydan Avropa Birliyi ərazisinə "qətl və sabotaj" üçün gediblər. Bununla yanaşı, nəşr ciddi surətdə əlavə edir ki, Qərbin xüsusi xidmət orqanları "silah və ya hər hansı bir sübut" aşkarlaya və müsadirə edə bilməyib. Fransanın özündə də "qətl və sabotaj" izlərini aşkarlaya bilməyiblər.

Lakin Böyük Britaniyanın qəlbinə zərbənin - Solsberidə Skripalların zəhərlənməsinin - məhz buradan vurulduğunu ehtimal etməyə əsas var. Elə Bolqarıstana (2015-ci ildə üç nəfərin "Noviçok"dan istifadə edilməklə dəhşətli zəhərlənməsi, qurbanlar olmadı) və Monteneqroya (dəhşətli çevrilişə cəhd etdilər, qurbanlar olmadı, çevriliş də) da buradan zərbə endiriblər.

Moskva yenidən güc mənbəyinə çevrilib - Səbəbi bu iki ölkədir

Ümumiyyətlə, qarşımızda elə bir yeni, yüksək dərəcədə inandırıcı (highly likely) bir dövr var ki, buradan yeni bir şeyi sıxışdırmaq artıq mümkünsüzdür (getdikcə kəskinləşən rusların illərlə insanları zəhərlədiyi və nə səbədənsə, hamısının da sağ qaldığı "bu nə köhnə "Noviçok"dur belə" sualından başqa).

... Burada həqiqətən maraqlı olan şey nədir.

Öz-özlüyündə hansısa bir xüsusi xidmətin digər ölkənin ərazisində bazasının olduğu, lakin uzun müddət mövcud olmadığı barədə məlumat, heç bir şey haqqında xəbər demək deyil. Bu, "hər hansı bir dəlil" olmadığı halda, dörd il ərzində 15 adamın müəyyən bir bölgəyə getdiyini təsdiqləməyə gətirib çıxarır.

Yəni, ilk baxışdan bunun necə və kimə qarşı istifadə ediləcəyi ümumiyyətlə aydın deyil. Ancaq nüanslar var.

Birincisi, heç kim bunun Fransa, Rusiya, Almaniya və Ukraynanın iştirakı ilə Normand formatında Donbassla bağlı Parisdə keçiriləcək görüşə hazırlığa xüsusilə həsr olunduğunu gizlətmir. Bu barədə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən, Praqadakı qaranlıq, lakin nüfuzlu qeyri-kommersiya "beyin mərkəzi"nin ekspertinin "Deutsche Welle"yə verdiyi şərhdə açıq şəkildə deyilir: "Bir sızma Kremlə birbaşa siqnal ola bilər. Düşünmürəm ki, bu təsadüfdür."

İkincisi, eyni nəşrin qeyd etdiyi kimi, Fransa Prezidenti Emmanuel Makron son vaxtlar Rusiya ilə münasibətlərdə gərginliyi azaltmaq və ümumiyyətlə, normal əməkdaşlığı bərpa etmək üçün fəal şəkildə çalışır. Ancaq indi Fransa hökuməti "etiraz etməli və Rusiya diplomatlarını göndərməlidir". Bu, Makronun Fransanın sadəlövh olmadığını göstərən "kozır"ı olacaq.

Yəni daha sadə desək, Makron hazırda Donbasda sülh danışıqları əvəzinə Rusiya diplomatlarını göndərmək (Almaniyanın təzəlikcə Çeçen döyüşçüsünün öldürülməsi ilə bağlı başqa bir "təxirə salınmış sensasiya"nda olduğu kimi), qalmaqal etmək və Rusiya ilə yaxınlaşma prosesini pozmağa başlamaq üçün fəal şəkildə sıxışdırılır. Həqiqətən də, "əsl kişilər" belə edirlər, çünki Rusiya yalnız gücə və bu cür şeylərin hamısına hörmət edir.

Fransa məhkəməsi erməni separatçılarla imzalanmış xartiyanı ləğv edib

Beləliklə, bu vəziyyətdə, ehtimal ki, əsas hədəf və məlumat axınının qurbanı məhz Fransa prezidenti olacaq.

Üstəlik, "Le Monde" uzun müddətdir Makronu davamlı olaraq öz ovuna çevirməyi ilə tanınır. "Nyu York Tayms" qəzeti Donald Trampı necə sevirsə, "Le Monde" da Makronu el sevir. Nəşrin fransız versiyasında prezidentə sevgisizlik daha güclüdür, çünki orada şəxsi vendetta mövcuddur.

İş ondadır ki, "Le Monde"un nəzarət səhmlərinin sahiblərindən biri hansısa Matye Piqassdır.

Düzdür, o, bizim üçün heç kimdir. Lakin Fransada onun faciəli taleyi illərdir maraqla izlənilir. Zamanında o, Lazard bankında ən gənc idarəedici tərəfdaş olub, necə ki, Makron da vaxtilə Rotşildin ən gənc tərəfdaşı olub. Fransa mətbuatı uzun müddətdir bu iki vunderkindin şiddətli mübarizəsindən danışır. Qısası: uzaq 2010-cu ildə Makron "Le Monde"dan olan Piqassı əyməyə çalışıb, amma Piqass qalib gəlib. Öz növbəsində, Piqass da 2012-ci ildə sosialist prezident Fransua Ollandın maliyyə qurusu olmaşa hazırlaşırdı, ancaq burada Makron qazandı. Və sair və ilaxır.

Ümumiyyətlə, qarşımızda iki hörmətli evin - Rotşild və Lazarın gənc və qaynar bankirlərinin döyüşü haqqında uzun bir dastanın epizodu var. İntiqam, ambisiya, intriqa.

Bu döyüşdə düşməni təhlükə altında qoymaq üçün heç bir fürsət əldən verilmir. Bu vəziyyətdə yaxşı şey faydalı olanla birləşdirilir. Avropa İttifaqındakı bir çox dairələrin maraqları prezident Makronun Moskva ilə normal münasibətləri bərpa etməklə güclənməsinin qarşısını almağı diqtə edir. "Le Monde" naşirləri isə Makronun siyasətini zəiflətməkdə maraqlıdır.

... Və Avropadaxili döyüşlərdə hamının eyni üsullardan (bir, iki və ya beş il gecikmiş, növbəti çirkab borusundan sızdırılmış müxtəlif "feyk" səviyyəli "rus ifşası") tez-tez istifadə etməsi, Avropa intriqantlarının peşəkarlıq səviyyəsinin sadəcə aşağı düşdüyünü göstərir.

Əsas mövzular