Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinlə Si Cinpin "Sibirin gücü"nü işə saldılar

CC BY 2.0 / Julian-G. Albert / PipelinesГазораспределительная станция, фото из архива
Газораспределительная станция, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin sentyabrında Birləşmiş Ştatların Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi hesabat yayaraq 10 il sonra Rusiya, Birləşmiş Ştatlar və Qətərin qaz bazarında lider olacağını açıqlamışdı

BAKI, 2 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin bu gün "Sibirin gücü" qaz kəmərini rəsmən işə salıblar. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, liderlər açılış mərasiminə telekörpü vasitəsilə qatılıblar.

Putin vurğulayır ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından 70 il keçir.

"Biz Rusiya qaz kəməri ilə Çinə qaz tədarükünə başlayırıq", - deyə Rusiya Prezidenti vurğulayıb.

2014-cü il mayın 21-də "Qazprom" ilə Çinin Milli Neft Şirkəti (CNPC) növbəti 30 ildə şərq marşrutu boyunca Çinə qaz tədarükü haqqında 400 milyard dollar dəyərində müqavilə imzalayıblar. "Sibirin gücü" boru kəməri istifadəyə verildikdən sonra ildə 38 milyard kubmetr Rusiya qazı Çinə nəql olunacaq.

Церемония открытия части проекта TANAP, которая будет соединена с Европой - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Gürcü baş nazir: “TANAP siyasi, təhlükəsizlik və iqtisadi baxımdan çox önəmlidir”

Xatırladaq ki, bu il sentyabrında Birləşmiş Ştatların Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi hesabat yayaraq 10 il sonra Rusiya, Birləşmiş Ştatlar və Qətərin qaz bazarında lider olacağını açıqlamışdı.

Hesabatda qeyd olunur ki, 2018-ci ildə ən aparıcı qaz tədarükçüləri Rusiya, Birləşmiş Ştatlar, Qətər, Kanada, Norveç və Avstraliya olub. Bu ölkələr dünya qaz ixracının 60%-ni təşkil edib.

Lakin yaxın illərdə Rusiya, Birləşmiş Ştatlar və Qətər dünya bazarında liderliyə yüksələcək. Çünki bu ölkələrin sıxılmış təbii qaz istehsalının genişləndirilməsinə dair planları var. Məsələn, Rusiya xaricə sıxılmış qaz tədarükünü 3 dəfə, 68 milyard kubmetrə qədər artıracaq.

Bundan əlavə, rəsmi Moskva "Şimal axını – 2", "Sibirin gücü" layihələrini işə salmaqla qaz ixracını artıracaq. Kanada, Norveç və Avstraliya isə bazarda aparıcı regional oyunçulara çevriləcəklər. Çin isə 10 il sonra ən aparıcı qaz idxalçısına çevriləcək.

Xəbər lenti
0