Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov WADA-nın Rusiyanın kənarlaşdırılması ilə bağlı tövsiyələrini şərh edib

© Sputnik / Aleksey Vitvitskiy / Mediabanka keçidКонгресс Всемирного антидопингового агентства
Конгресс Всемирного антидопингового агентства - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov, WADA-nın RUSADA-nın müvafiq antidopinq kodeksinə uyğun olmadığını tanımaq tövsiyələrini şərh edərkən deyib: "Rusiyanı təqsirləndirilən tərəf mövqeyindən müdafiə olunan tərəf mövqeyinə qoymaq istəyənlər var".

BAKI, 26 noyabr — Sputnik. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov, WADA-nın RUSADA-nın müvafiq antidopinq kodeksinə uyğun olmadığını tanımaq tövsiyələrini şərh edərkən, Moskvanın "dürüst söhbətə ehtiyacı" müdafiə etmək niyyətində olduğunu söyləyib.

"Rusiyanı təqsirləndirilən tərəf mövqeyindən müdafiə olunan tərəf mövqeyinə qoymaq istəyənlər var. Üstəlik, təqsirləndirilən tərəf əslində, hər yerdə və hər şeydə, beynəlxalq həyatın hansı sahəsini götürürsünüz götürün - münaqişələr, iqtisadiyyat, energetika, qaz boru kəmərləri - günahlandırılır, hər yerdə Rusiya nəyisə pozur, ya da bir və ya bir neçə Qərb ölkəsi üçün sərfəli olmayan nəsə edir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, tələsik nəticə çıxarmağa dəyməz, çünki Ümumdünya Antidopinq Agentliyinin komitəsinin qərarları qəti deyil, məsələyə İcraiyyə Komitəsində də baxılacaq.

WADA-nın tövsiyəsi

Ümumdünya Antidopinq Agentliyinin (WADA) Uyğunluq üzrə komitəsi "Rusiya dopinqi" işi ilə bağlı rusiyalı idmançılara dair tövsiyələrini dərc edib. Sənədə əsasən, yaxın dörd ildə Rusiya bütün beynəlxalq yarışlarda bayraqsız və himnsiz qalacaq, bundan əlavə RF ərazisində keçirilməli olan bütün böyük turnirlərin ev sahibləri dəyişəcək. Söhbət, demək olar ki, müasir tariximizdə Rusiya idmanının ən genişmiqyaslı təcridindən gedir.

Логотип Всемирного антидопингового агентства, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya idmanının qorxulu yuxusu: WADA-nın hesabatı nəyə gətirə bilər?

WADA İcraiyyə Komitəsi yekun qərarı dekabrın 9-da qəbul edəcək.

Ümumdünya Antidopinq Agentliyi RUSADA-nı 2015-ci ildə statusundan məhrum edib. WADA ekspertlərinin Moskva Antidopinq Laboratoriyasının məlumat bazası ilə təmin edilməsi şərtilə, onu 2018-ci ilin sentyabrında bərpa etmək mümkün olub. İndi Rusiya bu məlumatı manipulyasiya etməkdə şübhəli bilinir: Komitənin məlumatına görə, yanvar ayında təhvil verilən baza WADA-nınkından fərqlənir.

Rusiya tərəfi bu barədə 31 suala cavab verib. Keçən həftə Ümumdünya Antidopinq Agentliyinin Uyğunluq üzrə Komitəsi onları və ekspert hesabatlarını nəzərdən keçirib və hələ də RUSADA-nın statusundan məhrum edilməsini tövsiyə edib.

Xəbər lenti
0