Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada yalançı imam 13 yaşlı qızla evləndi

CC BY 2.0 / Azlan DuPree / WeddingМусульманская свадьба, фото из архива
Мусульманская свадьба, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cütlük münasibətlərini camaat arasında bildirməsə də, qız məktəbli yoldaşlarına öz intim həyatı barədə  danışıb. Rəfiqələrindən birinin anası əhvalatı eşidən kimi polisə müraciət edib

BAKI, 21 noyabr — Sputnik. Tatarıstanın Laşmanka kəndinin sakini, keçmiş imam Rəsul Salihov 13 yaşlı qızla nikah qıyıb. Qızın valideynlərinə isə bildirib ki, arvadı 16 yaşına çatmayanadək onunla cinsi əlaqədə olmayacaq.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, zorlama faktına görə imamı dörd illik azadlıqdan məhrum etmə cəzası gözləyir.

Körpə, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
İnanılmaz statistika: Kənddə hər beşinci körpə nikahsız doğulur

Onların rəsmi toyu olmayıb, çünki respublikanın Ailə Məcəlləsi 14 yaşında olan qızla ailə qurmağa yalnız o, hamilə olarsa icazə verir. 2017-ci ildə imamlıq lisenziyası bitən Salihov 2018-ci ildə qanunları pozaraq özü öz nikahını qıyıb. Tatarıstanın Ruhani İdarəsi də həddi-büluğa çatmayan qızla nikaha görə kişini pisləyib.

Nikahdan sonra qız valideynləri ilə yaşayıb və əri ilə hərdən-bir görüşüb. Cütlük münasibətlərini camaat arasında bildirməsə də, qız məktəbli yoldaşlarına öz intim həyatı barədə  danışıb. Rəfiqələrindən birinin anası əhvalatı eşidən kimi polisə müraciət edib.

Salihova Rusiya CM-nin 134-cü (16 yaşa çatmayan şəxslə cinsi əlaqə) maddəsi ilə ittiham irəli sürüblər və o, hazırda istintaq təcridxanasındadır. Qızın anasını isə valideyn öhdəliklərini yerinə yetirmədiyinə görə (CM-nin 156-cı maddəsi) ev dustağı ediblər. Ata isə hansısa möcüzə sayəsində məsuliyyətdən yaxa qurtara bilib.

Xəbər lenti
0