Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Qərbdən olan tərəfdaşlara onları nələrin gözlədiyini izah etdi

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidПрезидент России Владимир Путин, фото из архива
Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Qaz kimi təmiz karbohidrogenin nəzərə alınmaması, mənə elə gəlir ki, olduqca qəribədir. Bu növ ideyalar irəli çəkiləndə mənə elə gəlir ki, bəşəriyyət yenidən mağaralarda ola bilər"

BAKI, 21 noyabr — Sputnik, İvan Danilov. Vladimir Putinin "Rusiya çağırır!" investisiya forumunda hər çıxışı nəinki yalnız Rusiya, həm də Rusiya informasiya məkanı üçün hadisədir. Rusiya prezidenti qlobal investisiya birliyinin nümayəndələrinin ikibaşlı suallarına uzun müddət, canlı və hərtərəfli formada (və özünəməxsus yumor əlavə etməklə) cavab verməyə hazır olan hegemon dövlətin liderinə dair nadir nümunədir.

Президент РФ  Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Putin SSRİ-nin dağılması səbəbini açıqlayıb

Lakin "Rusiya çağırır!" həm də foruma bütün dünyadan gələn investorlar, treyderlər, bankirlər və sənayeçilərin təfəkkür prosesinin içinə baxmağa imkan verir. Onların suallarını bir növ sosioloji sorğu kimi də qiymətləndirmək olar. Bu suallar bütün dünyada böyük kapitalları əllərində saxlayan şəxslərin narahatlıqları barədə çox şeyi deyə bilər.

Sualları nəzərə alsaq və onları daha əvvəl prezidentə verilənlərlə müqayisə etsək, ilk olaraq xarici investorlar, maliyyəçilər və bankirlərə dair suallar arasında Ukrayna və sanksiyalar mövzusuna daha az yer verildiyi nəzərə çarpır.

Müvafiq suallar verilsə də, hiss olunurdu ki, bu, heç də xarici qonaqları ilk növbədə maraqlandıran məsələ deyil. Çox güman ki, Ukrayna və sanksiyalar mövzusuna bu cür maraq ilk növbədə sanksiyalar və "Ukrayna problemi"nə hamının artıq öyrəşməsidir. İkincisi isə gələcəkdə Rusiya iqtisadiyyatının vəziyyətinə təsir edəcək əsas faktor olaraq (məhz bu potensial investorları daha çox narahat etməlidir) nə Ukrayna, nə də sanksiyaların nəzərdən keçirilməsidir.

Tamamilə başqa məsələlərin müzakirəsinin vaxtı çatdı: İqlim dəyişikliyi (maliyyəçiləri hər şeyin "yaşıl" olması qlobal dəbi və enerjinin karbohidrogen mənbələri ilə mübarizə şəraitində Rusiya neft-qaz sektorunun perspektivi narahat edir), Dünya neft bazarının perspektivi (amerikalılar öz şist neftləri ilə Rusiya neftinin ixracını sıxışdıra bilərlərmi), qlobal iqtisadiyyatda resessiyanın başlama riskləri və Birləşmiş Ştatlar və Çin arasında ticarət müharibəsinin nəticələri.

Rusiya lideri çıxışında Rusiya fond bazarının uğurlarının və Rusiya maliyyə aktivlərinin xarici investorlar arasında populyarlığına işarə edib:

"Fond bazarının dinamikasına əsasən, Rusiya aktivləri, yerli istehsalçılar, şirkətlər və onların imkanları bizim həmkarlarda, tərəfdaşlarımızda, investorlarda böyük maraq oyadır. Maliyyə aktivlərinə marağın investisiyaya, real aktivlərə, yeni müəssisələrin və iş yerlərinin açılmasına, bazarda perspektivli mövqelərin yaranmasına transformasiyası vacibdir".

Yeri gəlmişkən, Rusiya səhm bazarı bir çox analitikləri təəcübləndirərək dünyada ən gəlirli fond bazarı olub: "Sberbank"ın qiymətli kağızlar üzrə strateqi Koul Eyksonun qiymətləndirilməsinə əsasən, "MSCI Russia" Rusiya bazarının tam gəlirlilik indeksi (Divident ödənişlərini nəzərdə tutan indeks) ilin əvvəlindən 44% artıb.

Prezident növbəti dəfə aktual beynəlxalq vəziyyətə görə narahatlıq keçirən maliyyəçiləri sakitləşdirmək bacarığını nümayiş etdirdi. O izah edib ki, Milli Rifah Fondunun vəsaitləri neft-qaz sektoruna (sanksiyalar hesabına idxal olunması mümkün olmayan texnologiyaların inkişafı sektoru istisna olmaqla) yatırılmayacaq, infrastrukturun inkişafı və yüksək texnologiyaların istehsalına yönləndiriləcək. Eyni zamanda qlobal neft bazarının balanslaşdırılması üzrə iş bizim Səudiyyə Ərəbistanından olan tərəfdaşlarımızla birgə davam etdiriləcək. Vladimir Putinin qiymətləndirməsinə görə, şist neft hasilatı "rəfə çıxıb", yəni "partlayış" fazasını keçib. ABŞ-da hasil edilən neft Rusiyanın neftini ənənəvi bazarlardan sıxışdırmır.

Putin: "Bir borudan qazın yarısı bir istiqamətə, yarısı digər tərəfə axa bilməz>>

Əksər beynəlxalq investorlar üçün önəmli olan iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə isə sərt iqtisadi reallıq və rasional düşüncə prizmasından baxmaq lazımdır. Rusiya Prezidentinin bəyanatlarına əsasən, Avropa İttifaqını ağuşuna alan "yaşıl çılğınlıq" xoşbəxtlikdən, Rusiyadan yan keçib: "Qaz kimi təmiz karbohidrogenin nəzərə alınmaması, mənə elə gəlir ki, olduqca qəribədir. Bu növ ideyalar (karbohidrogensiz energetika) irəli çəkiləndə mənə elə gəlir ki, bəşəriyyət yenidən mağaralarda ola bilər. Buna isə heç nəyi istehlak etməmək səbəb olacaq. Əgər bütün energetikanı tamamilə sıfır səviyyəsinə endirsək və yalnız Günəşə, küləyə və ya qabarmalara güvənsək... Bilirsiniz, hazırda texnologiyalar elədir ki, karbohidrogen xammalı, atom energetikası, hidroenergetika olmadan bəşəriyyət sağ qala, öz sivilizasiyasını saxlaya bilməz".

Vladimir Putin həmçinin Rusiya neft-qaz nəhəngi – "Qazprom" şirkətinin perspektivinə dair optimist fikirlər səsləndirib, onun böyük potensialını vurğulayıb və gələcəkdə şirkətin kapitalının artmasını proqnozlaşdırıb.

Prezident Rusiya iqtisadiyyatının inkişafının mühərriki kimi milli layihələri və daxili investisiyaları göstərib: "Rusiya iqtisadiyyatında biz yeni investisiya siklini işə salmağı, əsas kapitala illik ÜDM-in 25%, gələcəkdə isə 27% həcmdə yatırımların edilməsi göstəricisinə nail olmaq istəyirik. Bu il, ilkin məlumatlara görə, bu artımın 21,6% olduğu nəzərə alındığında bu məqsədə nail olmaq mümkündür".

Bu növ tədbirlər üçün ənənəvi olan suallardan da yan keçilməyib və bu, Rusiya liderinin çoxlarının susmağa üstünlük verdiyi şeylər barədə danışmasına imkan verib. Məsələn, Avropa İttifaqının və SSRİ-nin son dönəmdəki vəziyyətinin oxşarlığı barədə sualı cavablandıran Vladimir Putin vurğulayıb ki, SSRİ-nin dağılmasında əsas faktor millətçilik yox, iqtisadiyyatın qeyri-effektivliyi olub. Prezidentin qiymətləndirməsinə görə, SSRİ və Avropa İttifaqındakı vəziyyətlər fərqlidir, lakin müəyyən paralellər aparmaq olar. Avropalı investorlara, yəqin ki, Avropa İttifaqının mərkəzi hakimiyyət orqanlarının bu quruma daxil olan ölkələrə dair qəbul etdiyi qanunların sovet rəhbərliyinin müttəfiq respublikalara dair verdiyi qərarlardan daha çox olduğunu öyrənmək maraqlı olardı.

Əgər Putinin bu sitatını Britaniyanın informasiya məkanında yaysalar, onda gözləmək olar ki, onu Britaniya siyasətinə müdaxilə etməkdə günahlandırarlar. Çünki Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair daha yaxşı arqumenti təsəvvür belə etmək çətindir.

Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Putin: "ABŞ-a həmişə hörmət etmişik və edəcəyik "

Vladimir Putinin ABŞ və Çin arasında ticarət müharibəsinin real səbəbinin ticarət balansının pozulması və ya yuanın kursunun süni şəkildə aşağı salınmasında (bizim amerikalı tərəfdaşlarımız bu barədə danışmağı çox sevirlər) deyil, Çinin dövlət planlaması və bazar iqtisadiyyatının uyğunlaşdırılmasının effektiv üsulunu tapması və amerikalıların bunu bilməsinə dair tezisini də "gizlədilməsi məsləhət bilinən acı həqiqət" kateqoriyasından olan cavablar sırasına əlavə etmək olar.

"Rusiya çağırır!" forumunda xarici investorlar sanksiyalara dözən, makroiqtisadi sabitliyi qoruyan və iqtisadiyyatın modernləşdirilməsi və əhalinin rifahının yaxşılaşdırılması üçün ciddi maliyyə resursları yatırmağa imkanı verən kifayət qədər vəsait yığdılar. Avropalı, çinli, amerikalı və digər xarici investorlar, maliyyəçilər və sənayeçilər arasında Rusiya iqtisadiyyatının gələcək inkişafında iştirak etməyi xeyli sayda arzulayanların olacağını demək üçün əsas var.

Xəbər lenti
0