06:43 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
20 0 0

Sorğu noyabrın 15-də keçirilib. Sorğuda 18 yaşından yuxarı olan 1600 rusiyalı iştirak edib. Respondentlər suallara telefon vasitəsilə cavab veriblər

BAKI, 20 noyabr — Sputnik. Rusiyalıların 81%-i özünü xoşbəxt, cəmi 17% isə bədbəxt hesab edir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İctimai fikrin öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin (İFÖÜM) keçirdiyi rəy sorğusunun nəticələri göstərir.

Respondentlərin böyük əksəriyyəti (29%) ailənin xoşbəxtlik gətirdiyini bildirib. Rəyi soruşulan şəxslərin 22%-i xoşbəxtliyi özünün və yaxınlarının sağlamlığında, 13%-i yaxşı işdə, 12%-i uşaqların olmasında və 12%-i isə həyatdan məmnunluqda görür.

Özünü bədbəxt hesab edən şəxslərin 15%-i buna səbəb kimi maddi çətinlikləri, 10%-i isə işlərin pis getməsini, 5%-i pis sağlamlığı, 5% isə maaşların aşağı olması və gecikməsini göstərib.

Rəy sorğusu göstərir ki, rusiyalıların 48%-i yaxınları və qohumları arasında xoşbəxt və bədbəxtlərin eyni səviyyədə olduğuna əmindir, 31% xoşbəxtlərin, 17%-isə bədbəxtlərin çox olduğunu bildirib.

Sorğu noyabrın 15-də keçirilib. Sorğuda 18 yaşından yuxarı olan 1600 rusiyalı iştirak edib. Respondentlər suallara telefon vasitəsilə cavab veriblər.

Əsas mövzular