01:43 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
RUSİYA
Qısa URL
23 0 0

Bu gün din xadimləri cəmiyyət arasında müqəddəs kitablara əsaslanan dəyərləri – ailə, nikahı, böyüklərə hörməti, dinə hörməti, insanların dini seçiminə hörməti kimi dəyərləri də təbliğ etməlidirlər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbvaycan

BAKI, 14 noyabr - Sputnik. "Mən böyük sevinclə Azərbaycan hökuməti və Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə sizin ölkənizə gəldim. Dünyaca əhəmiyyətli bu tədbirə verdiyi dəstəyinə görə Azərbaycan Prezidentinə öz təşəkkürümü bildirirəm. 2010-cu ilin aprel ayında Bakıda keçirilən Dünya Dini Liderlərinin ilk sammitinin keçirilməsindən bəri dini münasibətlər sahəsində yeni tendensiyalar yaranıb, ənənəvi dinlər qarşısında yeni çağırışlar meydana gəlib. Son illər Bakıda, həmçinin dünyanın bir sıra ölkələri arasında Azərbaycanın eqidası altında dinlər və mədəniyyətlərarası tədbirlər keçirilir. Məhz Qafqaz müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadənin səyləri nəticəsində Bakı qlobal səviyyədə dinlərarası dialoq üçün önəmli meydançaya çevrilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dünya Dini Liderlərinin II Bakı Sammitinin açılış mərasimində Moskva və Bütün Rusiyanın Patriarxı Kirill bildirib.

“Biz etiraf etməliyik ki, ənənəvi dinlərə qarşı müharibə gedir. Bu müharibə şəhərlərdə və kəndlərdə, informasiya məkanında, ən əsası insanların ruhu və ağlında gedir. Ən təhlükəlisi isə budur ki, bu müharibənin ön xətlərində gənc nəslin nümayəndələri iştirak edir. Ekstremist cərəyanların ideoloqları gənclərin həyat təcrübələrinin olmamasından, onların öz baxışlarını istənilən formada müdafiə etməyə hazır olmalarından istifadə edirlər. Bütün bunları isə həmin şəxslərin nəyinki digər dinlər, hətta öz dinləri haqqında yaxşı məlumatlı olmaması çətinləşdirir. Biz bu gün informasiya müharibələrinin aparılması üçün nə qədər böyük resursların sərf olunduğunu bilirik. Şər qüvvələri heç vaxt öz həyatlarını Tanrıya xidmətə həsr etmiş şəxsləri qaralamaq cəhdlərini dayandırmayıblar”, - deyə Moskva və Bütün Rusiyanın Patriarxı bildirib.

O vurğulayıb ki, bu gün din xadimləri nəinki yalnız ekstremizmi rədd və tənqid etməli, hətta cəmiyyət arasında müqəddəs kitablara əsaslanan dəyərləri – ailə, nikahı, böyüklərə hörməti, dinə hörməti, insanların dini seçiminə hörməti kimi dəyərləri də təbliğ etməlidirlər: "İnandırıcı nümunələrlə möhkəmləndirilən bu cür dəyərlər bizim tərəfimizdən aktiv şəkildə informasiya məkanında yayılmalıdır".

Əsas mövzular