Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qlobal tərksilah haqqında müqavilə bazasının məhvi kimə və nəyə lazımdır?

Abunə olmaq
Xarici siyasət üzrə magistr, hüquqşünas Olqa Suxarevskaya tərksilah sahəsində müqavilələrin ləğvi prosesində Vaşinqtonun rolu barədə yazır.

"Nüvə əsri"nin strateji silahlarının məhdudlaşdırılmasına dair beynəlxalq razılaşmaların birincisi Nüvə silahının atmosferdə, kosmik fəzada və suyun altında sınağının qadağan olunması barədə 1963-cü ildə Böyük Britaniya, ABŞ və SSRİ arasında bağlanmış müqavilə oldu. Sonra çoxlu sayda başqa, ikitərəfli və çoxtərəfli razılaşmalar olub. Onlardan bəzilərinə tərəflər riayət edirlər, bəziləri köhnəlib və yeni redaksiya ilə əvəz olunub, bəziləri isə ləğv edilib.

Daha çox səs-küyə hələ 1987-ci ildə Mixail Qorbaçov və Ronald Reqyqan tərəfindən imzalanmış "Orta və kiçik mənzilli raketlər barədə" müqavilənin qüvvədən düşməsi səbəb oldu. Onun bağlanması ABŞ-ın Avropada SSRİ-nin daha çox əhali yaşayan Avropa hissəsini hədəf alan raketlərini yerləşdirməsi, həmçinin SSRİ-nin müvafiq ərazidə Avropaya istiqamətlənmiş raketlərinin yerləşdirilməsi ilə diktə olunurdu.

Ballistik raket buraxılışı, arxiv şəkli - Sputnik Azərbaycan
Prezidentin nəzarətində: Rusiya ballistik və qanadlı raketlərini buraxdı - VİDEO

OKMR-in şərtləri 500-dən 5000 kilometrədək fəaliyyət məsafəsi olan yeni raketlərin hazırlanmasını qadağan edirdi. Lakin Müqavilə qanadlılar daxil olmaqla dənizdən buraxıla bilən raketlərə şamil edilmirdi. Məsələn, ABŞ-ın "Tomahavk"ları Aralıq, Baltik və Norveç dənizləri akvatoriyalarından atılaraq "qurudakı həmkalarını" əvəz edə bilərdilər.

ABŞ-ın OKMR-dən çıxmaq üçün bəhanəsi "İsgəndər" kompleksinin tərkibinə 9M729 qanadlı raketinin daxil edildiyi üçün Müqavilə şərtlərinin pozulması ilə bağlı Rusiyaya qarşı əsassız olaraq sürülmüş iddialar oldu. Bu barədə onlar 2019-cu il fevralın 1-də bəyan etdilər. İş ondadır ki, ABŞ özü iki il ondan əvvəl rəsmi olaraq 1000 km uça bilən orta mənzilli qanadlı raketlərin hazırlanması üçün rəsmi olaraq büdcədən pul ayırmışdılar.

ABŞ-ın bu addımına cavab olaraq Rusiya da OKMR-də iştirakını dayandırdı və bu il avqustun 2-də Müqavilə qüvvədən düşdü.

Bundan əlavə, Rusiya XİN başçısı Sergey Lavrovun bildirdiyinə görə, ABŞ-ın hərəkətinə simmetrik cavab kimi RF orta və kiçik mənzilli raketlərin hazırlanmasına başlayır. Lakin raket sahəsində qlobal miqyasda proqnozlaşdırılan vəziyyətin saxlanması üçün Rusiya yerüstü raketləri heç yerdə yerləşdirməyəcək – bu və ya digər bölgədə ABŞ və yaxud Avropanın analoji raketləri peyda olanadək.

İranda Milli Ordu Günü münasibətilə keçirilən parad, arxiv şəkli - Sputnik Azərbaycan
İran dünyaya güc göstərdi, ballistik raketini nümayiş etdirdi

"Açıq səma"

Açıq səmaya dair müqaviləni (ASM) də oxşar tale gözləyir – yenə də amerikalılar təşəbbüsü ilə. Bu razılaşma xüsusi avadanlıqlarla təchiz olunmuş təyyarələrin hərbi fəaliyyətə nəzarət etmək üçün digər ölkənin səmasında təftiş uçuşlarını nəzərdə tutur.

ABŞ üzərində uçuşların qadağan olunması üçün bəhanə Rusiyanın "Açıq səma" seriyasından iki yeni təyyarənin avadanlığına sertifikat vermək xahişi oldu. Amerikalı konqresmenlər öz ərazilərinin üzərindən uçuşları "casus və milli maraqlara zərərli" kimi qiymətləndiriblər. Həm də ASM-dən çıxmaq məhz ABŞ-a sərf edir: bu razılaşmadan çıxmamış NATO üzrə tərəfdaşlarından məlumat almaq imkanlarını saxlayaraq, ABŞ öz ərazisinə Rusiyanın nəzarət etmə imkanını aradan qaldırır. Düzdür, peyklərin köməyilə uçuş zamanı alınan məlumatın bir hissəsini əldə etmək mümkündür, lakin tam nəzarət mümkün deyil.

Uda bilmirik – qaydaları dəyişirik?

Nə vaxt hansı müqavilələrin bağlanıb pozulduğuna nəzər yetirdikdə qanunauyğunluğu görməmək olmur: müqavilələr yalnız o zaman bağlanıb ki, ABŞ və müttəfiqləri SSRİ və Rusiyanı texniki üstünlükdən məhrum etməkdən başqa yol tapmayıblar. Lakin amerikalılar irəli çıxan kimi müqavilələr ləğv olunur. OKMR-də də belə oldu.

Roskosmosun rəhbəri Dmitri Roqozin - Sputnik Azərbaycan
Rusiyadan Türkiyəyə sensasion təklif – Gəlin kosmosa raket buraxaq

İndi BMT vasitəsilə hipersəs silahının ləğv olunmasına cəhdlər edilir. Rusiya artıq belə silaha malikdir və bu sahədə ABŞ-ı qabaqlayır. Heç şübhə olmasın ki, Ştatlar özləri bu cür silah istehsal edən kimi qadağana ehtiyac qalmayacaq. Bütün bunlar uda bilmədikdə qaydaları dəyişən centlmen barədə lətifəni xatırladır.

SHS-3 və ya beynəlxalq təhlükəsizliyin qalıqları

Bu gün Rusiya və ABŞ arasında yeganə qüvvədə olan silahların məhdudlaşdırılması razılaşması Strateji hücum silahlarının ixtisar edilməsi barədə müqavilədir (SHS). Yalnız onun uzadılması raket-nüvə sahəsində nəzarət mexanizmlərinin birdəfəlik məhv olmasından qaçmağa imkan verəcək.

ABŞ ardıcıl olaraq həm adi, həm də nüvə silahının məhdudlaşdırılmasına yönəlik mövcud müqavilələr sisteminin ləğvinə hesablanmış xətt yürüdür. Hərbi ekspert Boris Rojin bu fikirdədir. "OKMR-dən çıxandan sonra indi fəal surətdə 2021-ci ildən sonra SHS-3 müqaviləsinin qüvvədən salınması müzakirə olunur. Artıq ABŞ-da müxtəlif səviyyələrdə bəyan edirlər ki, ya Amerikaya sərf etmədiyi üçün Müqavilə ləğv olunacaq, ya da Ağ Ev Birləşmiş Ştatlara sərfəli olan şərtlərlə Rusiya və Çinə yeni müqavilə bağlamağı təklif edəcək" – Rojin deyib.

Türk bayrağının arxasında Ərdoğan - Sputnik Azərbaycan
Rus raketlərinin NATO-ya zərər verəcəyinə dair sübut yoxdur – Ərdoğan

Onun fikrincə, ABŞ-ın belə hərəkətləri ucbatından beynəlxalq təhlükəsizlik sisteminin qalıqları da məhv ola bilər.

Öz növbəsində Rusiya XİN başçısının müavini Sergey Ryabkov noyabrın əvvəllərində Moskvada keçirilmiş yayılmama üzrə konfransda bəyan edib ki, Rusiya 2021-ci il fevralında fəaliyyət müddəti bitəcək SHS müqaviləsi ilə bağlı çox narahatdır. O qeyd edib: "Hazırkı şəraitdə SHSM-nin müddətinin artırılması strateji sabitlik sahəsində tamamilə deqradasiyanın qarşısına alacaq və raket-nüvə sferasında nəzarət mexanizmlərini qoruyacaq və bu məsələdə yeni metodları fikirləşənədək vaxt qazandıracaq yeganə addım kimi görünür".

Xəbər lenti
0