23:11 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
Əlində bıçaq olan kişi, arxiv şəkil

Müəllimin törətdiyi dəhşətli qətlin təfərrüatı açıqlandı

© Sputnik / Murad Orujov
RUSİYA
Qısa URL
8902

Oleq Sokolov noyabrın 9-da, qurbanının kəsilmiş əllərini çayda batırmaq istəyərkən saxlanılıb. O, qeyri-adekvat durumda imiş, soyuqdan donmaq həddində olan kişini xəstəxanaya aparıblar

BAKI, 10 noyabr — Sputnik. Sankt-Peterburq Dövlət Universitetinin dosenti Oleq Sokolov keçmiş tələbəsi olan 24 yaşlı sevgilisi Anastasiya Yeşşenkonu xırda kalibrli tüfənglə öldürüb.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, qız əzalara parçalanmadan əvvəl, noyabrın 8-də öldürülüb. Hadisə Sokolovla Yeşşenkonun mübahisəsindən sonra baş verib. Kişi qadını güllələyəndən sonra bədənini hissələrə ayırıb. Onun mənzilində axtarış zamanı dəmirkəsən mişar, bıçaqlar, balta və təxminən 50-dək güllə tapılıb.

Bu gün tarixçi Yevgeni Ponasenkov Oleq Sokolovun birinci arvadının da qeyri-müəyyən şəraitdə həlak olduğunu deyib. Bundan başqa, onun sözlərinə görə, bir il əvvəl ali məktəbin rəhbərliyinə dosenti işdən qovmağı məsləhət bilib, çünki onu təhlükəli hesab edirmiş.

Oleq Sokolov noyabrın 9-da, qurbanının kəsilmiş əllərini çayda batırmaq istəyərkən saxlanılıb. O, qeyri-adekvat durumda imiş, soyuqdan donmaq həddində olan kişini xəstəxanaya aparıblar. Sonra isə Sokolov əməlini etiraf edib. Bildirib ki, keçmiş tələbəsi ilə eşq yaşayırmış və onu qısqanclıq zəminində öldürüb. Özünə gələndən sonra isə bədənini parçalayaraq  izi itirmək istəyib.

Sokolov haqda son qərar noyabrın 11-də açıqlanacaq.

Əsas mövzular