16:38 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
RUSİYA
Qısa URL
Qoşulmayanların Bakı toplantısı (12)
1510 0 0

Öz dominantlığını qorumaq üçün bir qrup ölkə və transmilli korporasiyalar öz qeyri-bərabər və eqoist yanaşmalarını, ikili standartlarını utanmazcasına demokratiyanın ali ideyaları, liberalizm adı altında gizlədir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr - Sputnik. Öz dominantlığını qorumaq üçün bir qrup ölkə və transmilli korporasiyalar öz qeyri-bərabər və eqoist yanaşmalarını, ikili standartlarını utanmazcasına demokratiyanın ali ideyaları, liberalizm adı altında gizlədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən 18-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Verşinin vurğulayıb ki, bu hərəkətlərinə haqq qazandırmaq üçün beynəlxalq birliyə özlərinin qaydalarına əsaslanan dünya düzəni konsepsiyası sırıyırlar: “Bu cür qaydalar BMT-nin nizamnaməsini, beynəlxalq hüquq normalarını rədd edir, bloklar arasında qarşıdurma dövrünə yol açır. Gündəlik olaraq ölkələrin daxili işlərinə qarışmamaq prinsipləri pozulur. Qoşulmama Hərəkatına üzv olan və öz sosial-iqtisadi inkişaf modelini seçməyə cəhd edən bir sıra ölkələr xaricdən olan aqressiv siyasətdən əziyyət çəkir”.

Rusiya Xarici İşlər nazirinin müavini öz çıxışında qeyd edib ki, dünya hələ də rəsmi Vaşinqton və onun tərəfdaşlarının İraqa, Liviya və Suriyaya qanunsuz hərbi müdaxiləsindən özünə gələ bilmir: “Bu gün isə biz Venesuelada qanuni hakimiyyətin sarsıdılması və devrilməsinə dair açıq şəkildə yürüdülən siyasəti görürük. Birləşmiş Ştatların Venesuelaya qarşı münasibəti Qoşulmama Hərəkatına üzv ölkələrin qətiyyətli qınağına layiqdir. Hərbi şantaj və sanksiyalar yolu daxil olmaqla suveren ölkələrin hakimiyyətlərinin xaricdən dəyişmək cəhdləri tamamilə qəbuledilməzdir. Biz bunu BMT-nin çoxsaylı qətnamələrinə baxmayaraq Kubaya qarşı tətbiq olunduğunu görürük”.

Sergey Verşinin öz çıxışında Fələstin probleminə də toxunub: “Bu problemin ədalətli həlli bütün Yaxın Şərq regionunun vəziyyətinin yaxşılaşması üçün olduqca əhəmiyyətlidir. Bu münaqişənin nizamlanması prosesinin monopoliyaya alınması yaxşı bir nəticəyə gətirib çıxarmayacaq. Bu gün BMT qətnamələri və ərəb sülh təşəbbüsü əsasında danışıqlara dair beynəlxalq birliyin konsolidasiyasına ehtiyac var. Rusiya Qoşulmama Hərəkatı, Ərəb Ölkələri Liqası və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq da daxil olmaqla bu prosesə öz töhfəsini verməyə davam edəcək. Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması mövqeyindən çıxış edirik. Avropa kolonial imperiyaları hələ də dəniz ərazilərini və adaları nəzarət altında saxlayır. Özlərini müstəqil ölkələrə qarşı isə yalnız onların təbii və insan resurslarının istifadəsində maraqlı olan metropoliya kimi aparırlar”.

Rusiya Xarici İşlər naziri qeyd edib ki, onun bu ölkəsi bu cür yanaşmaları rədd edir və Qoşulmama Hərəkatına üzv olan ölkələr ilə münasibətləri onların suverenliyinə hörmət və öz gələcəklərini özlərinin təyin edə biləcəyi prinsiplərinə əsasən qurur: “Biz bundan sonra da beynəlxalq sabitlik, xalqlarımız və ölkələrimizin, dünya birliyinin maraqları naminə Qoşulmama Hərəkatına üzv ölkələr ilə əməkdaşlığı genişləndirməyə hazırıq”.

Qeyd edək ki, Qoşulmama Hərəkatında sədrlik Venesueladan Azərbaycana keçib. Azərbaycan Prezidenti İlham Əliyev həmçinin, yekdilliklə Qoşulmama Hərəkatının hökumət və dövlət başçılarının 18-ci Zirvə Görüşünün sədri seçilib. Xatırladaq ki, Qoşulmama hərəkatı 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb İttifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərinin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir.

Mövzu:
Qoşulmayanların Bakı toplantısı (12)

Əsas mövzular