02:52 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Ayı, arxiv şəkli

Ayı keçmiş deputata hücum edərək onu öldürüb

© Sputnik / Maksim Blinov
RUSİYA
Qısa URL
40411

Rusiyanın Yakutiya əyalətinin keçmiş deputatı ova gedərkən ayı hücumuna məruz qalıb və həyatını itirib

BAKI, 5 oktyabr — Sputnik. Yakutiya əyalət məclisinin keçmiş deputatı Aleksandr Krılov respublikanın Oymyakon rayonunda ayı hücumu nəticəsində ölüb. Sputnik Azərbaycan bildirir ki, bu xəbəri RİA-Novosti bələdiyyə rəhbərinin səlahiyyətlərini icra edən İqor Vodovozova istinadən yayıb.

Vodovozovun sözlərinə görə, bu gün sabiq deputatın ölümü ilə bağlı sosial şəbəkələrdə yayılmağa başlayan məlumat təsdiqini tapıb. Belə ki, Krılov dostları ilə birlikdə ova gedib. Tomtor kəndi istiqamətində kvadrosikl sürərkən onun qarşısındakı yola bir ayı çıxıb. Bu zaman Krılov onu vurub və heyvana yaxınlaşmaq qərarına gəlib. Həmin anda yaxınlıqda olan başqa bir ayı ona hücum edib.

Vodovozov qeyd edib ki, deputatın meyidi nəqliyyatın köməyilə Tomtora çatdırılıb.

Bundan əvvəl isə Kamçatkada Oktyabr qəsəbəsinin sakini işə gedərkən ayı ilə rastlaşıb. O, ayıdan qorunmaq üçün yaxınlıqdakı balıq emalı zavodunun girişində gizlənib. Zavodun gözətçisi heyvanı qovandan sonra qadın yoluna davam edə bilib. Bu hadisədən sonra polis patrulu qəsəbəyə nəzarət etməyə başlayıb.

Əlaqədar

Ayının dilini dişləyərək canını ölümdən qurtardı
Sevgilisini ayıdan qoruyan gənc həlak oldu
Teqlər:
Rusiya, deputat, hücum, ayı

Əsas mövzular