Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin ad günündə nə edəcək

© Sputnik / Sergey Guneev / Mediabanka keçidПрезидент РФ Владимир Путин на пленарной сессии XVI заседания Международного дискуссионного клуба "Валдай"
Президент РФ Владимир Путин на пленарной сессии XVI заседания Международного дискуссионного клуба Валдай - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəlki illərdə isə Putin doğum günündə xokkey oyununa qatılıb, yaxud da məzuniyyət götürərək Sibir tayqasına üz tutub

BAKI, 4 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu il doğum gününü qohum və yaxınlarının əhatəsində, təbiətin qoynunda qeyd edəcək.

Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Xatırladaq ki, bu il oktyabrın 7-də Putinin 67 yaşı tamam olacaq.

O, adətən doğum günlərini işlə bağlı tədbirlərdə keçirir. Məsələn, 2017-ci ildə Rusiya prezidenti ad günündə Soçidə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclasda iştirak etmişdi.

Əvvəlki illərdə isə Putin doğum günündə xokkey oyununa qatılıb, yaxud da məzuniyyət götürərək Sibir tayqasına üz tutub.

Xəbər lenti
0