04:54 27 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
58 0 0

İzahedici qeyddə göstərilir ki, tədarük yalnız Rusiya əleyhinə sanksiyalar haqda müddəaya uyğun olaraq ilkin razılaşma ilə gerçəkləşdirilə bilər

BAKI, 3 oktyabr — Sputnik. Böyük Britaniya "İxrac haqda" qanuna "ExoMars-2020" missiyası çərçivəsində Rusiya ilə əməkdaşlığa dair bəzi məhdudiyyətləri aradan qaldıran düzəlişlər edib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, sənədə görə, dəyişikliklər Avropa Birliyinin Ümumi Hərbi siyahısına daxil olan məhsul və texnologiyalara aid bəndlərə şamil edilib.

Düzəlişlər Rusiyaya "müəyyən raket qurğuları, "ExoMars-2020" missiyası çərçivəsində uçuş və sınaqların keçirilməsi, ayrı-ayrı peyklərin kosmosa buraxılması və yanacaqla təmin edilməsi üçün nəzərdə tutulan bəzi maddələrin" ixracına icazə verir. 

İzahedici qeyddə göstərilir ki, tədarük yalnız Rusiya əleyhinə sanksiyalar haqda müddəaya uyğun olaraq ilkin razılaşma ilə gerçəkləşdirilə bilər.

"ExoMars-2020" stansiyasının kosmosa buraxılışı gələn il iyulun sonuna planlaşdırılıb. Missiya Avropanın uçuş və Rusiyanın desant modulundan, eləcə də Rusiyanın "Kazaçok" enmə modulu, Avropanın "Rosalind Franklin" marsoxodundan ibarətdir. Marsın səthinə eniş 2021-ci ilin martına planlaşdırılıb.

Əlaqədar

Rusiya Türkiyəyə qarşı bir sanksiyasını bu gündən ləğv etdi
Əks-effekt: Sanksiyalar Rusiyanın neft şirkətlərinə külli miqdarda pul qazandırır
Avropa İttifaqı Rusiyaya qarşı fərdi sanksiyaların müddətini artırdı
Litva Rusiyaya qarşı sanksiyaları maraqlı şəkildə keçib
Rusiya əleyhinə sanksiyaların ləğvi təklif olundu
Teqlər:
Mars, Böyük Britaniya, sanksiya, Avropa Birliyi, Rusiya

Əsas mövzular