00:47 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
12810

Ən cavan cütlük Aydınbek Aydınbekovla Kamilə Gözəlova olub. Eyni zamanda 60 il birgə həyatını qeyd edən ailə də toyda iştirak edib

BAKI, 30 sentyabr — Sputnik. Dərbənddəki böyük Dağıstan toyu iki dünya rekordu qırıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə yerli qəzet yazıb.

Toy iki amilə görə "Ginnesin Rekordlar Kitabı"na düşüb: ən çoxmiullətli və ən çox qonağın gəldiyi toy mərasimi kimi.

Tədbirdə Dağıstanın on altı əsas millətindən olan 30 cütlük nikaha girib. Mərasimdə on mindən çox qonaq iştirak edib.

Ən cavan cütlük Aydınbek Aydınbekovla Kamilə Gözəlova olub. Eyni zamanda 60 il birgə həyatını qeyd edən ailə də toyda iştirak edib.

Tədbirin təşəbbüskarı Şəhər dairəsinin başçısı Xizri Abakarov olub.

"Bu, şəhərin inkişafında yeni mərhələdir. Buna görə Dağıstanın rəhbəri Vladimir Vasilyeviçə və Rusiya Federasiyası Federal Şurasının üzvü Süleyman Kərimova təşəkkür düşür", - Abakarov qeyd edib.

Əlaqədar

Bu toy yaddaşlara yazılacaq: şadlıq sarayı yanır - VİDEO, FOTO
Toyunuzun vaya dönməsini istəmirsinizsə...
Toylarında rəqs etdilər - milyonlar izlədi
Putinin əsas rəqibi toya korsetdə gəldi, aləm bir-birinə dəydi – VİDEO
Teqlər:
"Ginnesin Rekordlar Kitabı", rekord, Dağıstan, toy

Əsas mövzular