22:55 10 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
33 0 0

Prezidentlərin zirvə görüşündə İdlibdəki vəziyyət və Suriya Konstitusiya Komitəsinin formalaşdırılması müzakirə ediləcək

BAKI, 13 sentyabr — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ankaraya səfəri çərçivəsində Türkiyə və iranlı həmkarları Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə ikitərəfli görüşlər keçirəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib.

"Bilirsiniz, bazar ertəsi Suriya münaqişəsinin nizamlanması üzrə Astana prosesinin təminatçılarının üçtərəfli görüşü planlaşdırılıb. Bu görüş Ankarada olacaq, prezident də ora gedəcək. Əlbəttə ki, Ərdoğan və Ruhani ilə ikitərəfli görüşlər də olacaq", - deyə Peskov bildirib.

Ərdoğan administrasiyasından verilən məlumata görə, Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya münaqişəsinin nizamlanması üzrə sammiti sentyabrın 16-da Ankaradakı tarixi Çankaya köşkündə keçiriləcək. Daha əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirmişdi ki, prezidentlərin zirvə görüşündə İdlibdəki vəziyyət və Suriya Konstitusiya Komitəsinin formalaşdırılması müzakirə ediləcək.

Əsas mövzular