Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İnsanlar robotlara qarşı: Milyonlarla adam iş yerini itirə bilər

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidRobot və insan, arxiv şəkli
Robot və insan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, mehmanxana və restoran biznesində işin böyük bir hissəsini artıq robotlara tapşırmaq olar

BAKI, 10 sentyabr — Sputnik. Avtomatlaşdırmanın dünya üzrə geniş vüsət aldığı bir vaxtda, alimlər həyəcan təbili çalırlar. Belə ki, bu proses nəticəsində müxtəlif peşə və vəzifələrdə insanların robotlarla əvəz olunacağı gözlənilir.

Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının apardığı son tədqiqatlar da belə bir nəticəyə gəlməyə əsas verir.

Tədqiqatlara əsasən, avtomatlaşdırma və rəqəmsallaşdırma nəticəsində Rusiya Federasiyası üzrə işçilərin 45,5 faizinin bilik və bacarıqlarına 2030-cu ilədək ehtiyac qalmayacaq.

Meşə, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlikdən iş adamlarına tövsiyə: "Seçməyə kömək edərik"

Qeyd edilir ki, belə işçilər ya əmək bazarından çıxmalı, ya da yenidən təlim keçməli olacaqlar.

Tədqiqatın müəllifləri belə bir qənaətə gəliblər ki, 20,1 milyon insan "avtomatlaşdırma və rəqəmsallaşdırma riskləri" ilə üz-üzə qalacaqlar.

Ekspertlərin fikrincə, mehmanxana və restoran biznesində işin böyük bir hissəsini artıq robotlara tapşırmaq olar – bu sahədə əməkdaşların 73 faizi avtomatlaşdırmanın risklərinə məruz qalacaqlar. Bu siyahıya həmçinin emaletmə sənayesi (60 faiz), kənd və meşə təsərrüfatı (58 faiz), pərakəndə satış (53 faiz) və mədənçilik sənayesi (51 faiz) daxildir.

"Burada insanın avtomatlaşdırmaya məruz qalmasından (yəni robotla əvəz olunma mümkünlüyündən) danışmaq düzgün olardı. Lakin sənin avtomatlaşdırmaya məruz qalmağın o demək deyil ki, səni sabah əvəz edəcəklər", - tədqiqatın müəllifi, Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sahibkarlıq Problemləri Laboratoriyasının rəhbəri Stepan Zemtsov "İzvestiya" qəzeti ilə müsahibəsində deyib.

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani, arxiv şəkli - Sputnik Azərbaycan
SİYASƏT
Kəskinləşmə qaçılmazdır: Rusiya güclü İran istəyir, lakin dominant olmasını istəmir

Zemtsovun sözlərinə görə, avtomatlaşdırma və rəqəmsallaşdırma prosesi müəyyən vaxt çəkəcək və buna görə də işçilərin yenidən təlim keçməyə və öz funksiyalarını dəyişməyə imkanları olacaq.

Vəziyyətdən çıxış yolu kimi robotlara görə vergi təyin edilməsi (yığılmış vəsaitin isə sosial yardıma yönəldilməsi) və ya dörd günlük iş həftəsinin tətbiqi misal göstərilir.

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi öz növbəsində bildirib ki, əlavə vergi yükünün tətbiq edilməsi proqressiv texnologiyaların və fəaliyyət növlərinin inkişafını ləngidə bilər. Lakin bu, Rusiyanın dünya bazarında rəqabətə dözümlüyünü azaldacaq.

Xəbər lenti
0