00:02 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8766
Ka-62 helikopteri, arxiv şəkli

Rusiya Türkiyəyə helikopter satmağa ümid edir

© Sputnik / Vladimir Astapkovich
RUSİYA
Qısa URL
12 0 0

Prezidentlər 5-7 dəqiqə helikopterin göyərtəsində qalıblar və bu texnikanın texniki göstəriciləri, sürəti, uçuş uzaqlığı ilə bağlı ətraflı müzakirələr aparıblar

BAKI, 4 sentyabr — Sputnik. "Rusiya helikopterləri" holdinqi Türkiyənin Rusiya istehsalı olan helikopter texnikalarına marağının artacağına ümid edir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu holdinqin icraçı direktoru Andrey Boqinski bildirib.

"Təbii ki, perspektiv var. Biz daha komfortlu salona malik "Mi-38" helikopterini nümayiş etdirdik. Təbii ki, bu texnika prezident səviyyəsindədir. O, etibarlıdır, genişdir və "Mi-8" helikopterindən 3 ton uçuş yükü qədər ağırdır. Uzunluğu isə "Mi-8"-dən 1,68 metr artıqdır. Texnika Ərdoğanın xoşuna gəlib. Prezidentlər 5-7 dəqiqə helikopterin göyərtəsində qalıblar və bu texnikanın texniki göstəriciləri, sürəti, uçuş uzaqlığı ilə bağlı ətraflı müzakirələr aparıblar. Cənab Ərdoğan çox maraqlanırdı" - deyə Boqinski qeyd edib.

Holdinq rəhbəri eyni zamanda qeyd edib ki, Türkiyə liderinin helikopterləri almaqda maraqlı olduğunu demək də düzgün deyil: "Bu barədə danışmaq hələ tezdir. Hər iki ölkənin prezidentləri "Ka-62" helikopterlərinin salonuna da baxış keçiriblər, pilotlarla söhbət ediblər. Düşünürəm ki, bu texnika da müsbət təəssürat yaradıb".

Əsas mövzular