23:59 19 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8766
Rusiyanın hipersəs raket kompleksinin sınağı, arxiv şəkli

Rusiyaya çatmaq: Amerikalılar hipersəs raket sahəsində yerlərində sayırlar

© Минобороны РФ
RUSİYA
Qısa URL
4110

Rusiya dünyada yeganə ölkədir ki, hipersəs silaha malik olduğunu rəsmi olaraq bəyan edib. ABŞ isə hələ ki, bu sahədə geri qalır

BAKI, 26 avqust — Sputnik. Amerikalılar ballistik döyüş başlıqlı hipersəs raketlər yaratmağa çalışdıqlarını gizlətmirlər. Onlar hətta bir neçə belə silahı sınaqdan keçiriblər. Lakin sınaqların nəticələri göstərir ki, ABŞ hələ ki, bu sahədə Rusiyadan geri qalır. Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti mövzuya dair şərhində Pentaqonun hipersəs silah sahəsində uğursuzluqlarından və planlarından yazıb.

Amerikanın uğursuzluqları

Rusiya yeni raketini sınaqdan keçirib
© RF-nın Müdafiə Nazirliyinin mətbuat xidməti

Rusiya dünyada yeganə ölkədir ki, hipersəs silaha malik olduğunu rəsmi olaraq bəyan edib. Bu ilin fevralında Rusiya Prezidenti Vladimir Putin "Avanqard" adlı hipersəs uçan döyüş bloku olan raket kompleksinin kütləvi istehsalının başladığını və "Sirkon" adlı hipersəs qanadlı raketin uğurla sınaqdan keçirildiyini bəyan edib. Bundan başqa, "Kinjal" (Xəncər) raket kompleksləri də Rusiya ordusunda sınaqlardan keçirilir.

Amerikalılar isə hələ ki, bu sahədə geridədirlər. Onların "X-51A Waverider" hipersəs qanadlı raketinin ilk uçuşu 2010-cu il mayın 26-da baş tutub. Bu raketin sınaqları qismən uğurlu hesab olunur. Belə ki, sınaq zamanı "Waverider" raketinin qeyri-sabitliyi və onunla əlaqənin kəsilməsi səbəbindən raket uçuşun üçüncü dəqiqəsində özünü məhv edib. Bu müddət ərzində "Waverider" 5 Max (Mach) sürətini yığa bilib.

Bu raketin 2011 və 2012-ci illərdə keçirilmiş ikinci və üçüncü sınaqları da uğursuzluqla başa çatıb.

Saziş bitdi, yasaq raketlər üçün meydan yarandı>>

2013-cü ilin mayında keçirilmiş sınaqlar zaman isə "Waverider" raketi "B-52" təyyarəsindən buraxılıb. Raket 18 200 metr hündürlüyə qalxıb, 5,1 Max sürətini yığa bilib və altı dəqiqə ərzində 426 kilometr məsafə qət edib.

Amerikalılar "Waverider" raketini 2017-ci ildə silahlanmaya qəbul etmək niyyətində idilər, lakin bir sıra səbəblərdən bu tarix ertələnib. Son məlumatlara görə, raketin silahlanmaya qəbul edilməsi 2020-ci ildən tez baş verməyəcək.

Pentaqon həmçinin "Advanced Hypersonic Weapon" (AHW) proqramı çərçivəsində hipersəs döyüş blokunu da sınaqdan keçirib. "AHW" döyüş bloku sınaq buraxılışından 30-35 dəqiqə sonra 6 min kilometrədək məsafədə olan hədəfləri vurmaq üçün nəzərdə tutulub. Bu silah iki dəfə sınaqdan keçirilib – onlardan biri uğurlu olub.

Amerikalıların daha bir hipersəs silahı, "Falcon HTV-2" döyüş blokunun sınaq uçuşu 2003-cü ildə baş tutub. Bu silahın hər iki sınağı uğursuz olub və layihə bağlanıb.

Yuri Dolqoruki sualtı qayığı, arxiv şəkli
Министерство обороны РФ

Yeni raketlər

ABŞ-ın növbəti hipersəs silahı "HAWC" (Hypersonic Air-Breathing Weapon Concept) adlanır. Bundan başqa, Amerikanın "Lockheed Martin" şirkəti Rusiyanın "Kinjal" raketinin analoqları olacaq "HCSW" (Hypersonic Conventional Strike Weapon) və "ARRW" (Air-Launched Rapid Response Weapon) sistemlərinin üzərində işləyir. Şirkət artıq 2018-ci ilin aprelində və avqustunda "HCSW" və "ARRW" raketlərinə dair Pentaqonla müvafiq olaraq 928 milyon və 480 milyon dollarlıq müqavilələr bağlayıb.

İndi amerikalıların "Hypersonic Weapons System" adlı yeni layihə üzərində işlədiyi də bildirilir. Məlumatlara görə, bu raket 8 Maxa qədər sürət yığa biləcək. Raketin sınaqlarının hələ 2021-ci ildə keçirilməsi nəzərdə tutulub.

Əlaqədar

İsrail kosmosda raketləri vurmağa qadir kompleksini sınaqdan keçirdi
"O, nədən danışdığını bilmir" – amerikalı ekspertdən Trampın raket iddiasına cavab
Putin: “ABŞ raketlərə dair mühüm sazişi pozub”
Hipersəs sürətinə malik silahlarda kim qabaqdadır: Rusiya, yoxsa ABŞ
Teqlər:
silah, ABŞ, Rusiya, sınaq, raket

Əsas mövzular