Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada təbii fəlakət qurbanlarının sayı artır

© Sputnik / Kirill Shipitsin / Mediabanka keçidВид на подтопленные районы Тулуна
Вид на подтопленные районы Тулуна - Sputnik Azərbaycan
Abunə olmaq
Təbii fəlakət nəticəsində 13 nəfər itkin düşüb

BAKI, 2 iyul — Sputnik. Rusiyanın İrkutsk vilayətində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 14-ə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə regionun fövqəladə hallar idarəsinin nümayəndəsi bildirib.

Nümayəndənin sözlərinə görə, ümumilikdə təbii fəlakət nəticəsində 191 nəfər xəstəxanaya yerləşdirilib ki, onlardan da 38-i uşaqdır. 1300-ə yaxın şəxs tibbi yardım almaq məqsədi ilə müvafiq qurumlara müraciət edib.

Təbii fəlakət nəticəsində 13 nəfər itkin düşüb. Onlardan biri uşaqdır.

Daşqınların hökm sürdüyü ərazidən təxminən 2600 nəfər şəxs təxliyə edilib.

Qeyd edək ki, İrkutsk vilayətində baş verən güclü yağışlar çaylarda sululuğun artması ilə nəticələnib.

Xəbər lenti
0