Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Elton Cona cavab verdi: Uşaqlara imkan verək böyüsünlər və özləri qərar versin

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidМузыкант Элтон Джон во время фотосессии фильма режиссера Декстера Флетчера "Рокетмен" (Rocketman) в рамках 72-го Каннского международного кинофестиваля
Музыкант Элтон Джон во время фотосессии фильма режиссера Декстера Флетчера Рокетмен (Rocketman) в рамках 72-го Каннского международного кинофестиваля - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənninin həyatı haqqında film onun qeyri-ənənəvi cinsi yönümlü olması səbəbindən senzura edilib.

BAKI, 29 iyun — Sputnik. Rusiyada LGBT toplumuna münasibət sakit və eynidir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin britaniyalı müğənni Elton Conun tənqidinə cavab olaraq deyib.

Onun sözlərinə görə, Elton Con parlaq müğənnidir, ancaq düşüncələrində səhv edir. Putin eyni zamanda xatırladıb ki, Rusiyada da bəzi ölkələrdə olduğu kimi azyaşlılar arasında homoseksualizm təşviqini qadağan edən qanun var.

"Gəlin insana imkan verək ki, böyüyüb özü qərar versin ki, o necə olacaq. Uşaqları rahat buraxın. Mən artıq müsahibəmdə demişəm ki, 5 və ya 6 cins uydurublar. Mən artıq başa düşə bilmirəm ki, bu nədir," - deyə Putin əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Elton Con Putini riyakarlıqda ittiham etmiş və bildirmişdi ki, Rusiya lideri Rusiyada LGBT icmasının hüquqları ilə bağlı problemlərin olmaması barədə danışır. Əslində isə müğənninin həyatı haqqında film onun qeyri-ənənəvi cinsi yönümlü olması səbəbindən senzura edilib.

Xəbər lenti
0