Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ prezidenti Putini "yaxşı oğlan" adlandırıb

© Sputnik / Mikhail Klimentev / Mediabanka keçidРабочий визит президента РФ В. Путина в Японию для участия в саммите "Группы двадцати"
Рабочий визит президента РФ В. Путина в Японию для участия в саммите Группы двадцати - Sputnik Azərbaycan
Abunə olmaq
"O müstəsna bir insandır", - deyə Tramp bildirib.

BAKI, 29 iyun — Sputnik. ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini "yaxşı oğlan" adlandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti yazır.

"Düşünürəm ki, o yaxşı oğlandır. Hesab edirəm ki, görüşümüz əla alındı", - deyə Tramp bildirib. ABŞ prezidenti Putinlə çox şeyə nail olduqlarını və ticarəti müzakirə etməyə başladıqlarını deyib.

Встреча Владимира Путина и Дональда Трампа - Sputnik Azərbaycan
Lavrov Putin-Tramp görüşündə müzakirə olunan mövzuları açıqladı

"İki böyük ölkə - Rusiya və ABŞ arasında ticarət olmalıdır. Dünən gözəl bir görüş baş tutdu. O müstəsna bir insandır", - deyə ABŞ lideri bildirib.

Dünən "Böyük İyirmiliyin" Osaka sammiti çərçivəsində Rusiya və ABŞ prezidentləri arasında görüş keçirilib.

Saat yarım davam etmiş görüşdə tərəflər beynəlxalq ticarətlə yanaşı, Suriya, İran, Venesuela və Ukrayna ilə bağlı vəziyyəti müzakirə edib, Türkiyə və Çinlə bağlı məsələlərə toxunub, və silahlanmaya müasir nəzarət modeli ilə bağlı danışıqları davam etdirməyə razılaşıblar.

Osaka görüşü Trampla Putin arasında üçüncü şəxsi görüş olub. Onlar əsasən telefonla ünsiyyət saxlayırlar.

Bundan əvvəl tərəflər dekabrda "Böyük İyirmiliyin" Buenos-Ayresdə keçirilmiş sammitində və keçən ilin yayında Helsinkidə baş tutmuş sammitdə görüşüblər.

Xəbər lenti
0