Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İnquşetiyanın keçmiş başçısına yeni vəzifə verilir

© Sputnik / Владимир Трефилов / Mediabanka keçidYunus-Bek Yevkurov
Yunus-Bek Yevkurov - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 26-sı Rusiya Prezidenti Vladimir Putin Yunus-Bek Yevkurovun istefasını qəbul edib, onun əvəzinə isə müvəqqəti olaraq Mahmud-Əli Kəlimətovu təyin edib

BAKI, 27 iyun — Sputnik. İnquşetiya Respublikasının keçmiş başçısı Yunus-Bek Yevkurov Rusiya müdafiə naziri Sergey Şoyqunun müavini təyin olunacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Rusiya mətbuatı öz mənbələrinə istinadən yazır.

Глава Республики Ингушетия Юнус-Бек Евкуров (справа) на IV Международной выставке RABIA-EXPO 2019 в Центральном выставочном зале Манеж в Москве - Sputnik Azərbaycan
RUSİYA
Gözlənilməz istefa: Respublika başçısı xalqa müraciət etdi - VİDEO

Yevkurov iyunun 24-ü istefa verdiyini bəyan edib. O, bunu respublikanın milli televiziyası ilə yayımlanan müraciətində deyib.

Yunus-Bek Yevkurov 2008-ci ildən İnquşetiyaya rəhbərlik edib. O, öz addımını cəmiyyətdə birliyin olmaması, respublika və şəxsi maraqlar arasında seçim etmək məcburiyyətində qalması ilə izah edib.

İyunun 26-sı Rusiya Prezidenti Vladimir Putin Yunus-Bek Yevkurovun istefasını qəbul edib, onun əvəzinə isə müvəqqəti olaraq Mahmud-Əli Kəlimətovu təyin edib. Kəlimətov əvvəllər Təbii sərvətlərin istifadəsinə nəzarət üzrə federal xidmətin (“Rosprirodnadzor”) Samara vilayəti üzrə idarəsinin rəisi olub.

Xəbər lenti
0