10:55 29 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
44 0 0

Alibasov stəkanları səhv salaraq şirə əvəzinə boru təmizlənməsi üçün lazım olan mayeni içdikdən sonra xəstəxanaya düşüb

BAKI, 7 iyun — Sputnik. Məşhur sovet və Rusiya musiqiçisi, bəstəkar, prodüser və Rusiyanın əməkdar artisti Bari Alibasov hələ də medikamentoz yuxudadır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə "Na-Na" qrupunun üzvü Vladimir Politov deyib.

"Bari Karimoviç iki sutkalığına medikamentoz yuxuya salınıb" – deyə o bildirib.

Alibasov stəkanları səhv salaraq şirə əvəzinə boru təmizlənməsi üçün lazım olan mayeni içdikdən sonra xəstəxanaya düşüb. Həkimlər ona yemək borusunun dördüncü dərəcəli yanığı, mədənin ikinci dərəcəli yanığı və tənəffüs yollarının yanığı diaqnozunu qoyublar.

Hazırda Alibasov Sklifosovski adına institutda ağır vəziyyətdədir.

Bari Alibasov "İnteqral" və "Na-Na" qruplarının təsisçisi və rəhbəridir.

Əsas mövzular