Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mixail Qusman: "Bakıdakı evimizdə 11 millətin nümayəndəsi yaşayırdı"

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidПервый заместитель генерального директора информационного агентства ИТАР-ТАСС Михаил Гусман
Первый заместитель генерального директора информационного агентства ИТАР-ТАСС Михаил Гусман - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın məşhur teleaparıcısı hesab edir ki, Bakı dünyanın ən dinamik inkişaf edən beş şəhərindən biridir

BAKI, 3 iyun — Sputnik. TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Bakı ilə bağlı xatirələrini bölüşüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə "Paxlava production" layihəsinə verdiyi müsahibədə danışıb.

Qeyd edək ki, bu layihə Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları və tələbələri olan Ruslan Əhmədov, Nüşabə Kərimli və Ruslan Süleymanov tərəfindən həyata keçirilir. Onlar Rusiyada yaşayan məşhur azərbaycanlılarla müsahibə hazırlayaraq öz səhifələrində yayırlar. Bu dəfə onların qonağı Mixail Qusman olub.

Известный российский телеведущий, обозреватель телеканала Россия-Культура Владислав Флярковский - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Düz 49 ildir Bakıdan gedən məşhur bakılı: “Bu şəhəri heç vaxt tərk etməyin”

"Mən dünyanı kifayət qədər çox gəzirəm. Müxtəlif şəhərlərdə çox şey görürəm: həm postsovet məkanında, həm də uzaq xaricdə. Bakıda baş verən dəyişiklikləri, müsbət istiqamətdə inkişafı, çox az şəhərlə müqayisə etmək olar. İnkişafın dinamikliyi baxımından, demək olar ki, Bakı daha müasir və parlaq vəziyyətə gətirilmiş şəhərlərin ilk beşliyinə daxildir" - deyə Qusman bildirib.

O, həmçinin Bakıda keçən uşaqlıq illərini xatırlayıb. Deyib ki, Bakıda kiçik üç mərtəbəli bir evdə böyüyüb. O evdə 11 millətin nümayəndəsi yaşayırmış. Qusman xatırlayır ki, bayramlarda hər kəs öz evində müxtəlif şirniyyatlar hazırlayırdı və qonşular bir-birilərinə pay verirdilər.

"Mən bizə gətirilən Azərbaycan şirniyyatları ilə böyümüşəm. Ona görə də, onlar mənim üçün həmişə bayram rəmzləridir. Azərbaycan mətbəxini çox gözəl bilirəm. Və qətiyyən şişirtmədən hesab edirəm ki, Azərbaycan mətbəxi yer üzünün ən yaxşı mətbəxidir. İnanın, mən bütün mətbəxləri görmüşəm. O mətbəx böyük sayılır ki, bütün mətbəx zəncirini tamamlasın. Məsələn, onun öz içkiləri, müxtəlif növ qəlyanaltıları, şorbaları, isti yeməkləri və şirniyyatları olsun. Azərbaycan mətbəxində bunların hamısı mükəmməl şəkildə mövcuddur" - deyə Qusman etiraf edib.

Taksi sürücüləri ilə söhbətlər, uşaqlıq yerlərinə gəzinti - “Köhnə” bakılı Bakı haqqında   - Sputnik Azərbaycan
VİDEO
Taksi sürücüləri ilə söhbətlər, uşaqlıq yerlərinə gəzinti - “Köhnə” bakılı Bakı haqqında

Mixail Qusman 1950-ci ildə Bakıda tibbi xidmət podpolkovnikinin, Böyük Vətən Müharibəsi illərində Xəzər Hərbi Donanmasının baş terapevti olmuş Solomon Qusmanın ailəsində anadan olub. Anası Lola Barsuk əvvəllər aktrisa, sonralar isə tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti-red.) professoru olub. Mixail Qusman özü də anasının professoru olduğu ali məktəbi, eləcə də Ali Partiya məktəbini bitirib. Bir müddət Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsində sədr müavini işləyib. Sonra Moskvaya köçən Qusman orada bir sıra nüfuzlu KİV-lərdə rəhbər vəzifələrdə çalışıb, jurnalist, tərcüməçi, radio və televiziya aparıcısı kimi məşhurlaşıb. 1995-ci ildən TASS agentliyində işləyir. 1999-cu ildə agentliyin baş direktorunun birinci müavini təyin edilib.

Qusman Azərbaycanın "Dostluq" və "Şöhrət" ordenləri ilə təltif edilib.

Xəbər lenti
0