Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qəzet redaksiyasına hücum olub, 4 nəfər yaralanıb

© Sputnik / Murad OrujovBıçağı arxasında gizlədən kişi, arxiv şəkli
Bıçağı arxasında gizlədən kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Stavropol diyarının qubernatoru Vladimir Vladimirov qəzet redaksiyasına hücum olduğu barədə məlumat yayıb

BAKI, 27 may — Sputnik. Rusiyanın Stavropol şəhərində bir nəfər "Rodina" qəzetinin redaksiyasına hücum edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Stavropol diyarının qubernatoru Vladimir Vladimirov "İnstagram" səhifəsində qeyd edib.

Məlumata əsasən hadisə nəticəsində 4 nəfər yaralanıb. Hadisəni törədən şəxs saxlanılıb. Yaralı şəxslərin həyatı üçün heç bir təhlükə yoxdur. Hücumun motivi araşdırılır. Hadisə nəticəsində xəsarət alan iki nəfər evə buraxılıb.

Xəbər lenti
0