Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO Rusiyaya qarşı yeni müdafiə planı qurur

© REUTERS / JOSHUA ROBERTSYens Stoltenberq
Yens Stoltenberq - Sputnik Azərbaycan
Abunə olmaq
Yens Stoltenberq: "Alyans şərqdə və cənubda yeni çağırışlarla qarşılaşır"

BAKI, 25 may — Sputnik. NATO Rusiya tərəfdən nüvə təhdidi ilə bağlı yeni hərbi strategiya qəbul edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Almaniyanın "Welt am Sonntag" nəşrinə müsahibəsində NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

"Bu həftə bizim hərbi ekspertlər Alyans üçün yeni hərbi strategiyanın tətbiq edilməsi haqqında qərar qəbul ediblər" - deyə o qeyd edib.

Stoltenberqin sözlərinə görə, bu addıma səbəb Rusiya tərəfindən Qərb ölkələrinin ünvanına mümkün nüvə təhdididir: "Bundan əlavə, alyans Şərqdə və Cənubda yeni çağırışlarla qarşılaşır. Söhbət gələcəkdə də, tamamilə, müdafiəyə hazır olmaqdan və sabitliyi təmin etməkdən gedir. Bu isə öz növbəsində yeni hərbi konsepsiyaları tələb edir".

Xəbər lenti
0