Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rus hərbi bazasına hücum olub

© Sputnik / Иван Руднев / Mediabanka keçidOSA zenit-raket kompleksi
OSA zenit-raket kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
"Bütün raketlər vaxtında Rusiya raket əleyhinə müdafiə sistemləri tərəfindən aşkarlanıb və məhv edilib"

BAKI, 24 may — Sputnik. Suriyada terrorçular Rusiyaya məxsus Xmeymim aviabazası istiqamətinə dörd raket atıblar. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Bütün raketlər vaxtında Rusiya raket əleyhinə müdafiə sistemləri tərəfindən aşkarlanıb və məhv edilib. Rusiya Kosmik Qüvvələrinin dəqiq zərbəsi ilə İdlib regionunda terrorçuların işəsalma qurğusu da məhv edilib" - deyə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ötən gün də Suriyada terrorçular Rusiya bazası istiqamətində 17 raket atıblar.

Xəbər lenti
0