00:24 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Главный редактор радиостанции Говорит Москва Сергей Доренко на Московском мотофестивале-2018 в Москве

Övladları Dorenkonun öldürüldüyünü iddia edirlər

© Sputnik / Ilya Pitalev
RUSİYA
Qısa URL
2480 0 0

Polis Dorenkonun dəfninə icazə vermir

BAKI, 12 may - Sputnik. "Danışır Moskva" radistansiyasının baş redaktoru Sergey Dorenko bu gün dəfn edilməyəcək. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

Bunun səbəbi polisin Dorenkonun nəşinin onun əyat yoldaşına verilməsinə qoyduğu qadağadır. DİN-in Moskvanın Mərkəzi İnzibatı Dairəsi üzrə İstintaq  İdarəsinin rəsmisi Baxtin tərəfindən imzalanmış əmrdə cəsədin bir daha tibbi ekspertizadan keçiriləcəyi bildirilir.

Polis bu qərarı Dorenkonun birinci nikahdan olan qızları - Kseniya və Yekaterinanın şikayəti əsasında qəbul edib. Qızları Dorenkonun zəhərləndiyini iddia edirlər.

Sergey Dorenko mayın 9-da 59 yaşında vəfat edib. Mayın 10-da isə onun qohumları arasında münaqişə yaranıb. Uşaqları onun dəfnini, arvadı isə yandırılmasını tələb edib. Uşaqlar yandırılmaının qətlin izini itirmək üçün lazım olduğunu bildirirlər.

Əsas mövzular