Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Türkiyəni rus silahları ilə silahlandırmağı hədəfləyib

© AP Photo / Pavel GolovkinСу-57 летит над Кремлем во время репетиции военного парада в День Победы в Москве, Россия
Су-57 летит над Кремлем во время репетиции военного парада в День Победы в Москве, Россия - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Çemezov: "Türkiyə "Su-57" döyüş təyyarələri üçün cəlbedici bir bazardır"

BAKI, 3 may — Sputnik. "Əgər türklər belə bir təkliflə maraqlansalar, Rusiya Türkiyəyə beşinci nəsil "Su-57" qırıcılarını satmağa hazırdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu "Rostex" dövlət korporasiyasının baş direktoru Sergey Çemezov "Anadolu" agentliyinə müsahibəsində deyib.

S-400 Kırım'da göreve başladı - Sputnik Azərbaycan
“S-400” qalmalı və NATO – Türkiyə seçim qarşısında qoyulur

O, "S-400" zenit-raket sisteminin tədarükünü bu ilin sonuna qədər başa çatdırmağı planlaşdırdıqlarının bildirib: "Türkiyə ilə "S-400" hava hücumundan müdafiə sistemləri sahəsində əməkdaşlığı genişləndirmək bizim üçün çox vacibdir. Ölkələrimiz bu sahədə texnoloji əməkdaşlığı inkişaf etdirəcək səviyyəyə malikdir. Türkiyə "Su-57" döyüş təyyarələri üçün də cəlbedici bir bazardır. Əgər Türkiyə Rusiyanın "Su-57" qırıcısını almaq istəsə, bu sahədə əməkdaşlığa hazırıq".

Türkiyənin "S-400"-lərlə təmin ediləcək ilk NATO ölkəsi olduğunu xatırladan Çemezov deyib: "Türkiyənin bu istiqamətdə misli görünməmiş təzyiq altında olduğunu hamımız görürük. Ancaq bildiyim qədər, Ankara "S-400"-lə bağlı sazişi həyata keçirmək üçün son dərəcə ciddilik və qərarlılıq nümayiş etdirir".

Türkiyə Prezidenti Ərdoğanın "S-400"-dən sonra "S-500" hava hücumundan müdafiə sistemləri ilə bağlı da əməkdaşlıq edə biləcəkləri barədə dediklərini şərh edən Çemezovun sözlərinə görə, "S-500" dünyada analoqu olmayan, Rusiyanın ən son hava hücumundan müdafiə sistemidir və hazırda təkmilləşmə mərhələsindədir: "Türkiyə ilə hava hücumundan müdafiə sistemləri sahəsində əməkdaşlığı inkişaf etdirmək bizim üçün çox vacibdir".

Xəbər lenti
0